vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
23:27 | 2 may 2022 | Bazar ertəsi Məqaləyə 1126 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Moskva sizdən nə istəyir?”

Ermənistanın Vaşinqtonda Bakıdan şikayəti ABŞ-ı narahat etmir...

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İrəvan qarışarkən baş nazir Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyanı Vaşinqtona göndərib. Paşinyana da aydındır ki, İrəvandakı radikalların hərəkətə keçməsinin təşkilində Moskvanın əli var. İrəvanda qışqırıb bağıranlar Rusiyanın əlaltılarıdır. Vaşinqton Moskvanın Paşinyanı devirmək planına mane olmaq istəyir. Ancaq bunun üçün Paşinyan Amerika Birləşmiş Ştatlarına yaxınlıq nümayiş etdirməlidir. Bu isə Kremli Paşinyana qarşı daha çox aqressivləşdirəcək.

Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə və digər amerikalı rəsmilərlə görüşlərdə Azərbaycandan şikayət edib, “əsirlər”dən danışıb. Bu mətbuat üçün yayımlanan məlumatdır. İnanmıram ki, bu mövzu Vaşinqtonu narahat edir. ABŞ rəsmiləri bağlı qapılar arxasında söhbətdə böyük ehtimal Mirzoyana Rusiya ilə bağlı suallar ünvünlayıblar: “Moskva sizdən nə istəyir?”, “Kreml sizi nə ilə hədələyir?” və s. Mirzoyan 4 gün Vaşinqtona olacaq və bu sualları müxtəlif görüşlərdə eşidəcək. Böyük ehtimalla Ermənistan XİN rəhbəri okeanın o tayından geri döndükdən sonra yenidən Moskvaya sorğuya çağırılacaq.