

Ukraynada Rusiyanın hərbi cinayətlərinə dair proqrama start verilir
Kreml “Azovstal”dan çıxarılan döyüşçülərin paradını göstərə, iddialarını təkrarlaya bilər
Ukraynalılar isə əksinə qarnizonun öz missiyasını tamamladığını deyir
Rusiyalı əsirlərin taleyi Kremli düşündürmür
Senat Ukraynaya 40 milyard dollarlıq yardım ayırmağa yaxındır
Ən nüfuzlu beynəlxalq vasitəçilər danışıqlara cəlb olunub
Ukraynanı müdafiə etmək və Lukaşenkoya qarşı mübarizə aparmaq üçün ...
“Dözürük, təslim olmuruq, üfüqdə dəyişiklik görünür”
Ukraynanın Qərbdən ən müasir silahlar aldığı bir vaxtda Rusiyanın üstünlük imkanları azalır
Baş prokurorluq Ali məhkəmədən batalyonu “terrorçu təşkilatlar” siyahısına salmasını istəyib
Bunun üçün işğalçı Putindən daha çox xidməti olan ikinci adam yoxdur
Zelenski: “Ukraynalı qəhrəmanları Ukraynaya sağ-salamat lazımdır”
Ukraynadakı müharibə Rusiyanın zirehli arabalarının keyfiyyətsizliyini ortaya qoydu
Yaralılar əsir hesab ediləcəkmi?
Zelenski “Azovstal”dan Ukrayna hərbçilərinin evakuasiyasını təsdiqlədi
227-ci və 127-ci batalyonlar Xarkov vilayətində Rusiya sərhədinə çatıb
Ukrayna mayın 10-da bildirib ki, onun silahlı qüvvələri Xarkov şəhərindən şimalda və şimal-qərbdə bir neçə yaşayış məntəqəsini Rusiya qoşunlarından geri alıb. “Reuters” agentliyi yazır ki, bu əks-hücumlar müharibədə üstünlüyün dəyişməyə başlamasından və Rusiyanın əsas hücumunun axsamasından xəbər verə bilər.
Agentlik bu ərazidəki Ukrayna silahlı qüvvələrinin mətbuat katibi Tetyana Apatçenkoya istinadən xəbər verir ki, Ukrayna qoşunları ölkənin ikinci böyük şəhəri olan Xarkov yaxınlığında son günlərdə Çerkaskiye Tişki, Ruskiye Tişki, Borşova və Slobojansk qəsəbələrinə nəzarəti bərpa edib.
Ukrayna Müdafiə Nazirliyinin müşaviri Yuriy Saks “Reuters”ə bildirib ki, Ukrayna qüvvələrinin bu uğurları nəticəsində Rusiya qoşunları Xarkovun şimalından şəhəri artilleriya atəşinə tuta bilməyəcəyi məsafədə geri oturdulub.
***
Hərbi ekspertlər deyirlər ki, Rusiya qoşunlarının Rusiyanın öz sərhədlərinə doğru sıxışdırlması Ukrayna qüvvələrini onların təchizat xətlərinə yaxınlaşdırır.
Londondakı RUSI institutundan ekspert Neyl Melvin “Reuters”ə deyib:
“Ukraynalılar Rusiya sərhədinə yaxınlaşırlar. Beləliklə də Rusiya qüvvələrinin müdaxilənin ilk günlərində qazandığı mövqelər əldən çıxır”.
“Reuters” yazır ki, Rusiya qüvvələri martın axırlarında Kiyev ətrafından çəkilib getməli olduqdan sonra Moskva əsas qüvvələrini Donbasa yönəltməyə çalışır.
***
Rusiya qoşunları İzyum şəhərindən baza kimi istifadə edərək Ukrayna döyüşçülərini mühasirəyə almağa çalışır. Xəbərdə deyilir ki, hələlik Ukrayna qüvvələri bu hücumları dəf edə bilib.
Lakin təqaüddə olan keçmiş ABŞ generalı, hazırda isə Müharibə Araşdırmları (“İnstitute for the Study of War”) analitik mərkəzinin sədri “Reuters” agentliyinə deyib ki, Ukrayna qüvvələrinin əks-hücumları Moskvanın diqqətini İzyuma gedən uzun təchizat xətlərinə yönəldə bilər:
"Bizim qiymətləndirməmizə görə Xarkov yaxınlığında baş verənlər rusları Donbas regionu üzərində nəzarəti təmin edəcək istiqamətlərdən yayındıra bilər”.
***
Ölkənin cənubunda isə Rusiya qüvvələri Mariupolda mühasirədə olan “Azovstal” zavoduna hücumları davam etdirir.
Bu zavodda minədək ukraynalı əsgərin olduğu və qızğın müqavimət göstərdiyi xəbər verilir.
“Azovstal”da son istehkamını qurmuş Azov alayı sosial media postlarında bildirib ki, son 24 saat ərzində onların başı üzərindən strateji bombardmançılar da daxil 34 Rusiya hərbi təyyarəsi uçub.
Odessa səhər saatlarında Rusiyanın raket zərbələrinə məruz qalıb. Bu hücum nəticəsində bir nəfərin öldüyü, 5 nəfərin xəsarət aldığı bildirilir.
Odessaya raket hücumuna görə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Ukraynanın baş naziri Denis Şmıhal arasında aparılan danışıqlarda fasilə elan etmək lazım gəlib.
Ukrayna hərbçiləri bildirirlər ki, mayın 10-da Donbasda Rusiyanın 12 tankı və 19 PDM-i məhv edilib.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Commentics
Sorry, there is a database problem.
Please check back shortly. Thanks.