

İspaniya sammitin ev sahibi kimi NATO-ya çağırış edib
Rusiya Belarusa nüvə silahı daşıya bilən “İsgəndər-M” raketləri vəd edir
Siyahıyla bağlı yekun qərar NATO sammitində sonra veriləcək
Böyük yeddiliyin dörd ölkəsindən Kremlə növbəti embarqo
Rusiyalı endirdiyi zərbələr çoxmərtəbəli yaşayış binasını dağıdıb
Dövlət başçıları Alp dağlarındakı qalada toplanıb
Böyük Britaniya baş naziri Moskva ilə razılaşmaya getmək üçün Kiyevə olacaq təzyiqlərdən ehtiyat edir
Konqres Ukraynadakı müharibə cinayətlərini soyqırımı kimi tanımağa hazırlaşır
Kreml Minski müharibəyə cəlb etməyə səy göstərir
“Ruslar ağır itkilər verib, çox sayda texnikaları məhv olub”
Qubernator və merin verdiyi xəbəri nə Kiyev, nə də Moskva təsdiqləməyib
30 müttəfiqin İkinci Dünya Müharibəsindən sonra ən mühüm tarixi sammiti
Fransa və Rusiya prezidentlərinin Ukrayna ilə bağlı telefon danışıqları açıqlanıb
Təkcə Jitomirə 24 raket zərbəsi endirilib
Ukraynada gücü 13 min meqavatdan çox 15 bloklu 4 AES var
Bayden müharibə ilə bağlı qiymət artımı fonunda ABŞ-da benzinə verginin azaldılmasına çalışır
Rusiyalı rejissor Kiril Serebrennikov mayın 18-də Kann Film Festivalında Ukraynadakı müharibəni pisləyib. O, festivalda “Çaykovskinin arvadı” filminin premyerasından sonra çıxış edib.
“Müharibəyə yox deyirəm”, – Serebrennikov rusca deyib. “Çaykovskinin arvadı” festivalın “Qızıl Palma” mükafatına təqdim edilmiş 21 nominant arasında rusiyalı rejissor tərəfindən çəkilmiş yeganə filmdir.
***
Serebrennikov Kannda mətbuat konfransına “FaceTime”a qoşulub, Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə edib. O daha sonra “AP”yə deyib ki, film və pyeslərin hazırlanmasına “müharibəyə qarşı böyük, nəhəng bəyanat” kimi baxır.
Martda Rusiyadan qaçmış Serebrennikov hətta fevralın 23-də, işğal başlamazdan bir gün əvvəl deyirdi ki, Ukraynada müharibənin olacağına inanmır. Amma bu baş verdi.
“Mənim vətənim başqa bir ölkəni dağıtdı. Bu çox ağrılıdır, çox kədərlidir. Bütün insanlar, Avropa, hər iki tərəf üçün faciədir”, – o deyib.
Onun sözlərinə görə, çox adam “heç nə deyə bilmir və bəzən gücsüzlük, danışa bilməmək daha ağrılıdır”.
***
Kannda incəsənət direktoru Tier Fremo deyib ki, “Çaykovskinin arvadı”nı festivala salıb-salmamağı çox götür-qoy ediblər. Bu filmi qismən sanksiyalar altında olan rusiyalı oliqarx Roman Abramoviç maliyyələşdirib.
Təşkilatçıların filmin Rusiya dövlətinin dediyinin əksini göstərdiyini, müharibədən və sanksiyalardan əvvəl çəkildiyini nəzərə alaraq onu müsabiqəyə buraxıb.
Filmdə rusiyalı bəstəkar Pyort Çaykovskinin gənc qadınla nikahının məhvindən söz açılır.
19-cu əsrdə yaşamış Çaykovski narahat, xarizmatik dahi olub, kişilərin kampaniyasına üstünlük verib. Bu isə məşhur bəstəkarın homoseksuallığını gizlətməyə çalışan Rusiya təbliğatına ziddir.
Məhkəmə Serebrennikovun üç illik şərti cəzasını ləğv edəndən sonra o ölkədən gedib. Kinorejissor siyasi motivli hesab olunan mənimsəmə ittihamları ilə təqsirli bilinmişdi.
Bu iş beynəlxalq diqqət çəkib, Rusiya hakimiyyəti Prezident Vladimir Putin və hökumətindən fərqli düşünən incəsənət adamlarını hədəfə almaqda suçlanıb.
Serebrennikov Rusiya hökumətinə qarşı etirazlara çıxır, Pravoslav Kilsəsinin artan nüfuzundan narahatlıq bildirirdi.
***
Müharibə festivalın əsas mövzusudur. Ukrayna Prezidenti Vladimir Zelenski mayın 17-də açılış mərasiminə Kiyevdən videobağlantı ilə qatılıb.
Münaqişə haqda ötən ay Ukraynada öldürülmüş litvalı rejissor Mantas Kvedaraviciusun çəkdiyi “Mariupolis 2” sənədli filmi xüsusi nümayişi keçirilib.
Festivalda ukraynalı rejissorlara xüsusi bir gün ayrılıb. Ölkənin ən perspektivli rejissorlarından olan Sergey Loznitsanın 2-ci Dünya müharibəsində Almaniyanın şəhərlərinin bombalanması haqda “Dağıntının təbii tarixi” (“The Natural History of Destruction”) adlı filmi nümayiş olunacaq.