vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
19:18 | 4 iyun 2022 | Şənbə Məqaləyə 799 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Müttəfiqliyə hazır olduqlarını göstərməlidirlər”

NATO baş katibi Türkiyənin narahatlıqlarını aradan qaldırmağın zərurətini izah edib

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın baş naziri ilə görüşüb və Finlandiya və İsveçin alyansa qoşulmasına qarşı müqavimətini dəf etmək üçün Türkiyə prezidenti ilə söhbət edib.

Bu həftə ABŞ-a səfər edən Stoltenberq cümə günü “Twitter”də Vaşinqtonda ikən Finlandiyanın baş naziri Sanna Marin ilə gördşüşdüyünü və “Türkiyənin narahatlıqlarını aradan qaldırmağın” və Finlandiya və İsveçin üzvlük müraciətlərini qəbul etməyin “zərurətini” müzakirə edib.

Rusiyanın Ukraynadakı müharibəsi Skandinaviya ölkələrini NATO-ya qoşulmaq üçün müraciət etməyə vadar edib, ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanı kürd terroçularını dəstəkləməkdə günahlandırır.

Stoltenberq deyib ki, onun Ərdoğanla “konstruktiv telefon söhbəti” olub. O, Türkiyəni “dəyərli müttəfiq” adlandırıb. Türkiyənin Rusiyanın hərbi müdaxiləsinin səbəb olduğu qlobal ərzaq qıtlığı fonunda Ukraynadan taxılın təhlükəsiz şəkildə daşınmasını təmin etmək məqsədilə razılıq əldə etmək üçün apardığı səyləri yüksək qiymətləndirib. Stoltenberq tvitində, təfərrüatları paylaşmadan bildirib ki, o, Ərdoğanla dialoqu davam etdirəcək.

Ərdoğanın ofisi bəyanat yayaraq bildirib ki, prezident Finlandiya və İsveçin “terrorizmi dəstəkləməyə son qoyduqlarını”, Türkiyəyə qarşı müdafiə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırdıqlarını və “müttəfiqlik həmrəyliyi nümayiş etdirməyə hazır olduqlarını açıq şəkildə göstərməli olduqlarını” vurğulayıb.

Bir sıra ölkələr, o cümlədən Skandinaviya ölkələri Türkiyənin 2019-cu ildə Suriyanın şimalına hərbi müdaxiləsindən sonra silah satışına məhdudiyyətlər qoyub.

NATO rəhbərinin diplomatik səyləri İsveç, Finlandiya və Türkiyədən yüksək vəzifəli rəsmilərin Türkiyənin iki ölkənin üzvlük müraciətinə etirazını müzakirə etmək üçün gələn həftə NATO-nun qərargahlandığı Brüsseldə keçiriləcək görüşündən öncəyə təsadüf edib.