vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
21:31 | 4 iyun 2022 | Şənbə Məqaləyə 859 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aviasiya fəal olsa da ...

Rusiyanın dəqiq idarə olunan raketləri əhəmiyyətli dərəcədə tükənib

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynanda apardığı müharibədə Rusiya təyyarələrinin istifadəsi ilə bağlı yeni kəşfiyyat hesabatını dərc edib. Hesabatda qeyd olunur ki, döyüşlərin getdiyi Donbas ərazisində Rusiya aviasiyasının fəallığı yüksək olaraq qalır.

Qeyd olunur ki, işğalın ilk günlərdə Rusiyanın Ukraynaya məxsus hava hücumundan müdafiə sistemlərini zəiflədə və ya sıradan çıxara bilməməsi səbəbindən aviasiyanın quru bölmələrini dəstəkləmə imkanları məhdudlaşıb.

Bu da nəticədə Kiyev istiqamətində irəliləyişin qarşısını alıb. Belə ki, Rusiya təyyarələrinin fəaliyyəti Ukrayna qoşunlarının möhkəmlənməsi və irəliləməsinin qarşısını almaq üçün hava və yerüstü raketlərdən zərbələr endirməklə məhdudlaşıb. Həm də bu zərbələr münaqişəyə ciddi təsir göstərməyib və nəticədə Rusiyanın dəqiq idarə olunan raket ehtiyatı əhəmiyyətli dərəcədə tükənib.

Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında Rusiyanın uğursuzluqları ilə yanaşı həm də vurğulanır ki, diqqətini Donbasa yönəltməklə Rusiya, hava hücumlarını və ağır artilleriya atışlarını birləşdirməklə hava gücündən istifadəni artıra bilib.

Hesabatda qeyd olunur ki, bu son addım Rusiyanın Donbas regionundakı son taktiki uğurunda əsas amil olub. Sənəddə o da vurğulanır ki, idarə olunmayan mərmilərdən istifadənin artması Donbasın yaşayış məntəqələrinin kütləvi şəkildə məhv edilməsi və mülki əhali itkisinə səbəb olub.