«Fəsadlar üzə çıxır»
Siyasi ekspert hakimiyyətin narahatlığını əsaslı saydı və çıxış yolu təklif etdi
Etibar SEYİDAĞA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezidentin tapşırıqları fəaliyyətin əsasını təşkil edəcək
Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
-
Vətəndaşları narahat edən hansı məsələ varsa...
Hər kəs 1111 nömrəsinə zəng edə və Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə gələ bilər
-
Fatma Abdullazadə haqda şok iddia
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
-
«Həqiqəti əks etdirmir»
Baş Prokurorluq Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması xəbərini təkzib etdi
-
Məmurların məşhər günü
Prezidentin icra başçılarına verdiyi vaxt bu gün bitdi, işdən çıxarılan üç nəfərin siyahısına kimlər əlavə olunacaq?
-
Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi ləğv edildi
«Dövlət xidməti haqqında» qanundakı dəyişlkliklər qəbul olundu
-
«Bir də mənə zəng etməyin»
PA-nın sabiq şöbə müdiri Fatma Abdullazadə: «Danışmağa heç bir sözüm yoxdur»
-
Gender siyasətinə göz dəydi?
İcra başçılarının xanım müavinləri yola salınır
-
Daha üç iri fiqur...
PA islahatları NK və BŞİH-ə də keçəcək; prezident seçki ilində daha çevik komanda ilə işləmək və prosesi yubadanları uzaqlaşdırmaqla davam edəcək
-
«Qazanan Azərbaycan gəncliyi olacaq»
Yusuf Məmmədəliyev: «İslahatlarla xarakterizə olunan mühüm mərhələ yaşayırıq»
-
24 illik dəftər qapandı?
Fatma Abdullazadənin müavini də vəzifədən azad edilib
-
Məşhur akademikin nəvəsinə yuksək vəzifə verildi
Yusuf Məmmədəliyev Birinci vitse-prezidentin köməkçisi təyin edildi
-
«Dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır»
Prezidentin köməkçisi Administrasiyadakı son struktur dəyişikliyini şərh etdi
-
Administrasiya dəyişikliklərində uduzanlar
Məhərrəm Əliyev yanaşı bir neçə də vəzifəsiz qaldı
-
«Konstitusiyasının 109-cu maddəsində ...»
Şahin Əliyev: «Qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz»
-
«Hər hansı ziddiyyət yoxdur»
Yeni qanun şərh olundu: «Prezident Administrasiyasının ləğvindən söhbət belə, gedə bilməz»
«Son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycana da ayaq açıb və respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər». Bunu ötən həftə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Hakimiyyət rəsmisi deyib ki, bu cərəyanların bəzisi öz məqsədlərinə uyğun olaraq ictimai rəyin formalaşdırılması, radikal meyllərin gücləndirilməsi, dövlətin hüquqi normalarına və idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində cəhdlər göstərirlər: «Yeniyetmələrin və gənclərin özlərinin təsir dairəsinə salınması, yetişdirilməsi və məqsədyönlü şəkildə cəmiyyətdə təsir imkanlarının əldə edilməsi meylləri müşahidə olunmaqdadır. Bu gün yaxın Şərqdə bəzi region ölkələrində dini qrupların təriqətlərin cəmiyyət həyatını, hakimiyyəti idarə etmək cəhdlərini ciddi kataklizmlərə, qarşıdurmalar, siyasi və iqtisadi böhranlara səbəb olduğu açıq görünür. Hazırda bu məsələnin geniş ictimai müzakirələrə yol açması müxtəlif mülahizələrin, rəy və təkliflərin irəli sürülməsi bir daha təsdiq edir ki, cəmiyyət dağıdıcı təriqətlərin peyda olmasından narahatdır».
Göründüyü kimi, Azərbaycanda müxtəlif dini təriqətlərin, missioner təşkilatların genişlənməsi artıq o həddə çatıb ki, hakimiyyət narahatlığını ortaya qoyur. Hakimiyyətin narahatlığının əsaslı olduğuna şübhə yoxdur. Bəs vəziyyətin narahatlıq yaradacaq həddə qədər inkişaf etməsi nə ilə bağlıdır? Dini təriqətlərin, missioner təşkilatların ölkəmizdə kök atmasına səbəb nədir?
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri hesab edir ki, ölkəmizdə müxtəlif dini təriqətlərin genişlənməsi və artıq hakimiyyətin də narahatlığına səbəb olan faktora çevrilməsi demokratik təsisatların zəiflədilməsi nəticəsində baş verib. Demokratik təsisatlar olmadığı və ya zəif duruma salındığı əksər dövlətlərdə onun yerini müxtəlif təriqətlər tutmağa başlayır. Hakimiyyət rəqib hesab etdiyi siyasi partiyalara hakimiyyət uğrunda siyasi mübarizə üçün haqq tanımayanda bu vəziyyət iqtidara demokratik seçkilər yolu ilə gəlməyin qarşısını tədricən alır: «Bunun qarşısı alınanda isə ortaya alternativlər çıxır. Məsələ artıq zor müstəvisinə istiqamət götürür, hakimiyyətə qara yollarla sirayət etməklə, hakimiyyətin içərisində bir hakimiyyət formalaşdırmaqla öz rəqiblərini tədricən siyasi müstəvidən uzaqlaşdırmaq prosesi başlanır. Bu gün Azərbaycanda yaranan vəziyyət bundan ibarətdir.
Artıq Azərbaycanda demokratik siyasi təsisatların sıxışdırılıb sıradan çıxarılması, zəiflədilməsi nəticəsində alternativlər ortaya çıxıb. Bu alternativlər də tədricən öz piramidalarını qurmağa başlayıblar. Doğrudur, bu alternativlər hələ böyük bir təhlükəyə çevrilməyib. Ancaq bu güclərin tədricən hakimiyyətin müxtəlif qollarına sızması müşahidə olunur. Bu sızmalar böyüdükcə, xüsusilə hüquq-mühafizə orqanlarına, məhkəmə sisteminə bu sızmalar genişləndikcə, elə bir vəziyyət yaranacaq ki, kökü xaricdə olan bu şəbəkələr artıq öz rəqiblərini istənilən vaxt aradan götürmək imkanında olacaqlar. Biz bu prosesi Türkiyədə gördük. Türkiyənin bütün hərbi elitasını saxta ittihamlarla məhbəsə atdılar. Həmin bu şər bumeranqı indi məhz AKP hakimiyyətini vurmağa başlayıb. Bu tendensiya artıq Azərbaycanda da görsənməkdədir. Ona görə də hakimiyyət əmin olmalıdır ki, gec-tez bu, Azərbaycan iqtidarını da vurmağa başlaya bilər».
Ekspertin fikrincə, kökü xaricdə olan şəbəkələrin, təriqətlərin təhlükəsindən xilas olmağın yolu onları sıxışdırmaq deyil. Ən səmərəli və doğru yol ölkədə demokratik idarəçilik sistemini tam şəkildə yaratmaqdır: «Problemin fundamental çözümü demokratik sistemin bərqərar olması, demokratik siyasi təsisatlara demokratik siyasi mübarizə üçün şərait yaratmaqdır. Bunun üçün də Azərbaycanda çox ciddi siyasi islahatlara başlamaq lazımdır. Hakimiyyətin qollarını tədricən paylaşmaqla hakimiyyətin qabıq dəyişdirməsinə imkan yaradılmalıdır, iqtidar daim özü-özünü təzələyə bilsin. Normal demokratik sistemin fundamentində normal siyasi rəqabət sistemi dayanır. Normal siyasi rəqabət sistemi formalaşan ölkədə demokratik siyasi təsisatlar güclənir ki, belə vəziyyətdə hansısa təriqətlərin cəmiyyətə təsir gücü minimuma düşür. Qeyd etdiyim məsələlər həyata keçirilməyəcəyi halda hazırkı vəziyyət daha da mənfiyə doğru inkişaf edəcək və xaricdən qidalanan şəbəkələr çox ciddi problemlər yaradacaqlar».