«Buna göz yummayacam»
Deputatın rəis oğlunun döydüyü polis mayor danışdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Fərhad Bədəlbəyli mənə xaş qonaqlığı borcludur»
Aqil Abbas: «Uşaqlar dedi ki, ata gopa basır»
-
Mifdən reallığa gedən yol...
Məktəbliləri yad təsirlərdən necə qoruyaq?
-
«Deyirlər «Mavi Balina» oynayırmış…»
Ağdaş məktəblisinin intiharında qorxulu versiya, təhlükə qapıdadır
-
Qorxunc internet oyununun toruna düşən yeniyetmənin ilginc etirafları
Psixoloq: «Bəzən valideyn düşünür ki, uşaq evdədir və ciddi problem yoxdur, amma ...»
-
«Mavi balina» təhlükəsi
Bakı məktəblilərinin qollarında şübhəli sıyrıqlar aşkarlandı
-
«Getsinlər, Mirzə Cəlili oxusunlar»
Aqil Abbas söyüş söyənlərə baş qoşmadı
-
«Qorxuram ki, öləm və dünya çempionatını görməyəm»
Deputat Azərbaycan çempionatını «Bakı birinciliyi» adlandırdı
-
Qanun layihəsi ilə bağlı toqquşan maraqlar
«Siqaret qadağası» onları üz-üzə qoydu
-
«Qaqa, niyə utanırsan ki?»
Aqil Abbas: «Mənim atamın goruna sosial şəbəkələrdə 932 nəfər söymüşdü»
-
««Marlborro»nun oduna düşdüm»
Siqaret çəkən deputatlar onu tərgitmək istəmirlər
-
«Adı atəşkəsdir»
«Bu, müharibədir, əlbəttə, şəhid verilməlidir»
-
«Aqil Abbas yeni tapança aldı»
Deputat özü haqda məlumatları dövlət sirri sayır?
-
DİN-dən deputat oğlunun işçisini döyməsinə reaksiya
Nazirliyin açıqlaması daha çox təkzibə oxşayır
-
Deputat oğlu polisi mayorunu döydü
Polis bölməsi rəisi Tuncay Abbasovın tabeçiliyindəki zabit Qarabağ veteranı olub
-
«Yedilər, yedilər Ramiz Rövşəni»
-
««Dolu»nun səsi çıxdı...»
«Bu cür kobudluğa heç vaxt göz yuma bilmərəm». Bunu AzNews.az-a Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi, deputat Aqil Abbasın oğlu Tuncay Abbasov tərəfindən döyülən, polis mayoru Bağır Səlimov deyib.
O bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Bakı şəhər Baş Polis İdarəsinin rəhbər şəxsləri və generallar məlumatlandırılıblar: «Baş verən hadisə ilə əlaqədar nazirlik və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində araşdırma aparılıb, bəzi şəxslər dindirilib və video görüntülər götürülüb».
Polis mayoru deyib ki, pozulmuş hüququnun bərpasının təmin olunmasında israrlıdır: «Mən müharibə iştirakçısıyam və Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan insanlardanam. Hər zaman da əziyyətimin, zəhmətimin hesabına yaşamışam və heç zaman vəzifə səlahiyyətlərindən sui-istifadə etməmişəm. Daim daşıdığım vəzifənin məsuliyyətini dərk etmişəm. İnanıram ki, bu haqsızlıq yerdə qalmayacaq».
B. Səlimov ümidlidir ki, bu məsələyə qanunvericilik çərçivəsində aydınlıq gətiriləcək.
Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən də reaksiya verilib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, sözü gedən məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılır. O, rəisin öz əməkdaşını döyməsi ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını deyib.
Bundan başqa, millət vəkili Aqil Abbas da açıqlamasında döymə faktını təkzib edib: «Bu informasiya kökündən yalandır. Mənim oğlum adam döyəndi?»
Yeri gəlmişkən, onu da qeyd edək ki, Tuncay Abbasov müharibə veteranı olan mayoru döyəndən sonra belə deyib: «Mən nazirin qucağında böyümüşəm, mənə heç kim, heç nə edə bilməz».