«Fərhad Bədəlbəyli mənə xaş qonaqlığı borcludur»
Aqil Abbas: «Uşaqlar dedi ki, ata gopa basır»
Mirmahmud KAZIMOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Bu sevincin öz adı var...
Fərhad Bədəlbəyli 75 illik yubiley gecəsində yenə royalın arxasında idi
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
Azərbaycan Milli Məclisinin deputatları tez-tez müxtəlif xarici səfərlərdə olur, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəsmi şəxsləri, digər sahələrdən olan məşhur simalarla görüşlərdə iştirak edirlər. Belə görüşlər mütəmadi olaraq elə ölkəmiz daxilində də gerçəkləşir. Sözsüz ki, həmin görüşlərdən, məşhur simalarla ünsiyyətdən nələrsə deputatların yaddaşında ilişib qalır. Bu, gözləmədikləri hadisə, maraqlı dialoq, qeyri-adiliklə dolu söhbət və s. ola bilər.
«Məşhurlarla görüşdən xatirələr» adlı rubrikasında deputatlar məşhur simalarla görüşlərdən yadda saxladıqları xatirələri bölüşürlər.
Budəfəki müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, «Ədalət» qəzetinin təsisçisi Aqil Abbasdır.
«Həmişə Fərhad Bədəlbəyli ilə görüşməyə can atırdım»
Deputat bir çox dövlət və ictimaiyyət nümayəndələri ilə görüşlərdə iştirak etdiyini, yaddaşında maraqlı məqamlar qaldığını bildirib.
«Məşhurlarla keçirdiyim görüşlərin ən yadda qalanlarından biri tanınmış pianoçu, xalq artisti Fərhad Bədəlbəyli ilə olub. O, qeyri-adi pianoçudur. Fərhad Bədəlbəyli böyük sənətkardır. Mən də həmişə can atırdım ki, onunla görüşüm».
«Onunla ilk görüşümüz bir neçə il bundan əvvəl baş tutdu. Biz ilk dəfə tədbirdə bir araya gəldik. O da məni tanıyırdı. Amma münasibətimiz yox idi. Daha sonra onunla görüşüb, çörək kəsdik. O gündən bu günə də dostumdur. Mənim yaddaşımda onunla bağlı çox maraqlı şeylər var. Fərhad Bədəlbəyli Şuşa şəhərindəndir. Amma mən ona sübut etdim ki, Şuşadan deyil, Ağcabədidəndir. Ağcabədidə onların nəslinin adına kənd var. Mən onu inandırdım ki, Ağcabədidəndir. Onunla birlikdə Ağcabədiyə gedik. Oralarla onu tanış etdim. Söhbətimiz tutdu və dost olduq».
«Siyavuş Kərimi və Fərhad Bədəlbəyli mənə xaş qonaqlığı borcludur»
A.Abbas deyib ki, Fərhad Bədəlbəyli ona xaş qonaqlığı borcludur, amma vermir.
«Həm Fərhad Bədəlbəyli, həm də Siyavuş Kərimi mənə xaş qonaqlığı borcludur. Bir dəfə mən onları xaşa aparmışdım. Getdik xaş yedik. Daha sonra mənə dedilər ki, Mərdəkan tərəfdə yaxşı xaş verirlər. Gedib orada da yeyərik. Amma hələ də yeyirik, yenə də... Bu hadisə keçən il baş verib. Fərhad müəllimlə 3 gün bundan əvvəl də bir yerdə olmuşuq. Polad Bülbüloğlu və mən Fərhadın kabinetində bir stəkan çay içdik. Üç qarabağlı xeyli dərdləşdik. Biz görüşlərimiz zamanı ədəbiyyatdan, Qarabağın tarixindən, bəylərimizdən, xanlarımızdan danışırıq. Fərhad Bədəlbəyli ilə yaxın dostuq. Mənim ailəvi ən yaxın dostum isə Rəşad Məciddir».
«Uşaqlar dedi ki, ata gopa basır»
Deputat türk dünyasının məşhur siması Barış Manço ilə də görüşdən xatirə danışıb:
«Bir gün dostlardan biri mənə zəng etdi ki, Barış Manço Bakıya gəlib, onun qonağıdır. Mən də durub getdim həmin dostumun kabinetinə. Kabinetdə bir az söhbətləşdik. Mənim Barışla söhbətim tutdu. Sonra isə çörək yeməyə getdik. Həmin gün evə bir az gec gəlmişdim. Evdə məndən soruşdular ki, haradaydın? Dedim ki, Barış Manço ilə çörək yeyirdim. Oğlanlarım dedi ki, «ata gopa basır». Nə qədər elədim uşaqları inandıra bilmədim. Aradan bir müddət keçdi və yenə Barış Manço Bakıya gəldi. Həmin dostum mənə zəng elədi ki, bəs Barış bəy gəlib: «Həm də deyir ki, Aqil bəyi tap, birlikdə çörək yeyək». Restoranda stolun üstünə yemək düzüləndə dedim ki, bir fotoqraf tapın. Fotoqraf gəldi. Ona dedim ki, mənim Barış bəylə çoxlu şəkilimi çək. Axşam yenə evə gələndə soruşdular ki, «haradaydın, evə belə gec gəlmisən?». Dedim ki, Barış Mançoyla çörək yeyirdim. Uşaqlar bu dəfə də dedilər ki, «ata yenə gopa basır». Cibimdən şəkilləri çıxartdım göstərdim ki, alın, baxın. Ondan sonra inandılar ki, həqiqətən Barış Manço ilə görüşmüşəm». (Modern.az)