vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
17:07 | 13 mart 2014 | Cümə axşamı Məqaləyə 1596 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Oğlum Bilal Ərdoğan kimi oğru deyil»

«Gəzi parkı»nın qurbanı olmuş uşağın atası danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

2013-cü ilin yayında Türkiyədə «Gəzi parkı» etirazları zamanı güllə yarası alaraq, 269 gün komada qalan, bu günlərdə vəfat edən 15 yaşlı Berkin Əlvanın atası Sami Əlvan «CNN-türk» telekanalına açıqlamasında baş nazir Ərdoğanı ciddi tənqidə məruz qoyub.

«Turan» məlumatına görə, S.Əlvan oğlunun aksiyalarda iştirak etmədiyini, çörək almaq üçün getdiyi zaman polis gülləsilə vurulduğunu deyib.

«Mən bu gün oğlumu son mənzilə yola saldım, o isə övladını ifadə belə verməyə göndərmədi. Mənim oğlum qürurla getdi, oğurluqda ittiham olunmadı. Ona görə də bu xalq mənim övladımın arxasında idi», -  S.Əlvan Ərdoğanı və oğlu Bilal Ərdoğanı korrupsiya və rüşvətdə suçlayıb.

S.Əlvan Ərdoğandan tək istəyinin oğlunun qatillərinin tapılması olduğunu deyib.

Ata oğlunun xəstəxanada komada qaldığı 9 ay ərzində rəsmilərdən heç kəsin onlarla maraqlanmadığını bildirib.

«Bu ölkənin vətəndaşıyıq, bu bayraq altında yaşayırıq, mən də bu dövlətə vergi ödəyirəm. Berkin çörək almağa getdi. O baş nazirə səslənirəm. İstəsə övladımın qatilini 1 saat içində gətirər. Əmri də o verdi və polis də əmr quludur. «Mənim polisim dastan yazdı»deyir Ərdoğan. Emri də o verib. Misirdə ölənlərə rəhmət dilədi, amma bizlərə başsağlığı belə vermədi», - S.Əlvan Ərdoğanı tənqid edib.

S.Əlvan Ərdoğana vicdanı varsa B.Əlvanın qatilini ortaya çıxarmasını istəyib.