vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
17:53 | 13 mart 2014 | Cümə axşamı Məqaləyə 2630 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Simurq» PFL-i yenə saymadı

Klubun konfrans zalını köhnə sponsorun emblemləri bəzəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

2012-ci ilin sentyabr ayında Peşəkar Futbol Liqası və «Azərinteltek» şirkəti arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğu barədə müqavilə imzalanmışdı. Futbolinfo.az xəbər verir ki, həmin gündən etibarən futbol üzrə milli çempionatımız Topaz Premyer Liqası adlandırılır.

Bu hadisənin üstündən xeyli müddət keçməsinə baxmayaraq, «Simurq» çempionatımızın «Topaz Premyer Liqası» adlandırılmasını deyəsən, hələ də qəbul etmir. Ötən ay «sarı-qaralar»ın oynadığı Zaqatala şəhər stadionunun konfrans zalını hələ də «Unibank»ın reklamları bəzəməsinin anormal olduğunu həm klub, həm də PFL rəsmilərinin diqqətinə çatdırmışdıq. 

Düzdü, klub rəsmiləri bu problemin aradan qaldırılacağını da qeyd etmişdi. Ancaq üzərindən 1 ay keçməsinə baxmayaraq, hələ də «Unibank» «Simurq»un «sevimlisi» olaraq qalmaqdadır. Biz bunu Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilmiş «Simurq» - «Qəbələ» matçından sonra təşkil olunan mətbuat konfransında çəkilmiş fotoda da görə bilərik.