Musayev vurnuxur, Məmmədov izləyir
Yaxud diplomatik bacarıq, əla manevrlər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
AFFA-Qurban qovğası
.... Yaxud “Qarabağ”ın futbolçuları milli komandada niyə “çolaq” olurlar?!
-
Kimdir ...?
AFFA, yoxsa Cavadov?
-
Dalana dirənən futbol...
... Yaxud sorağı gəlməyən istedad
Hər gün Elxan Məmmədova hörmətim bir az daha artır. Ciddiyəm, AFFA-nın baş katibi futbolun anasını ağlatsa da, bu sahəni bilməsə də, əla idarəçidi.
Diplomatik bacarığı, əla manevrləri var. Arxasındakı güclərdən maksimum yararlanır, missiyasını əla icra edir. Qarşıya qoyulan məqsədə çatmaq üçün gözəl addımlar atır. Həm də elə edir ki, katalizator rolunu oynayır. Fitili yandırıb, kənara çəkilir, məhv etmək istədiyi qüvvələr öz-özünə tora düşür. Bəziləri özünü ifşa edib “səviyyə”sini göstərir, bəziləri də daha savadlı bir şey deyə bilmədiyindən Məmmədovun ideyalarını təsdiqləyir, onun fikirlərini biabırçı formada təkrar edir.
AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni tərkibi hələ formalaşmayıb. Çətin prosesdi, saf adamlar o qədər azdı ki, seçim edə bilmirlər. Belədə gözləməkdən, suların durulmasını izləməkdən yaxşı heç nə yoxdu. Baş katib də yeni sədr Fritz Stuxliki təqdim edərək geri çəkilib və onun rəhbərlik edəcəyi komitəylə bağlı atışma gedir.
Potensial üzvlər özləri bir-birini vurur. Mətbuatda, sosial şəbəkədə, pərdəarxası söhbətlərdə hamı bir-birinin eyibini açmağa çalışır. Və heç biri də təmiz deyil, ifşa olunurlar. Məmmədovsa sanki “bunların iç üzü budur” deyərcəsinə susur. Bir gün ortaya çıxacaq və komitənin tərkibini elan edəcək, heç kim də cınqırını çıxarmayacaq.
Bu prosesin Peşəkar Futbol Liqasının ləğvinə doğru növbəti addım olacağı dəqiqdi. Hakimlərin qeyri-rəsmi kurasiyasının Ramin Musayevin əlindən alınması ilə PFL əhəmiyyətsiz bir quruma çevrilməkdədi. Amma PFL prezidenti “Report”a müsahibəsində elə danışıb ki, sanki Azərbaycan futbolu xilas olub.
Başqa yolu da yoxdu. Məmmədov əla idarəetmə bacarığı, hamilərinin dəstəyi ilə onu dalana dirəyib. Fərqli söz deyə bilməz.
Ştuxlikin təyinatını müsbət qəbul etdiyini deyən Musayev əlavə edir: “Çoxdan qəbul olunması lazım idi. Bu, nə AFFA-nın, nə də mənim düşündüyüm qərardır, UEFA-nın öz tələbidir. Ona görə də bu tələbə əməl olunmalıdır. Zaman bizə yanılmadığımızı göstərəcək. Struktur dəyişikliyi UEFA-nın tələb etdiyi məsələdir. Fikrimcə, bu, bizim lehimizə atılan addımdır. Avropadan gələn yeni sədrin köməyi ilə hakimlərimizin çoxdan gözlədiyi 4-cü FIFA referisi məsələsi həll olunar. Ştuxlikin əlaqələri ilə 4-cü FİFA referisi qazanarıq. Bunlar baş versə, sevinərik”.
Musayev son 2 cümləsi ilə düşüncə fərqini ortaya qoyur. Stuxlik bura hakimlərin səviyyəsini qaldırmağa gəlib, FIFA-da yer artırmağa yox. Amma Ramin bəy məsələyə bazar düşüncəsi ilə yanaşır, Fritzin şəxsi əlaqələri hesabına layiq olmadığımız yeri təmin edəcəyini düşünür.
Musayevin son turda reallaşan hakim səhvləri ilə bağlı dedikləri də maraqlıdı: “Fikrimcə, Rəşad Sadıqovun epizodunda qayda pozuntusu var idi. Məncə, penalti təyin edilməli idi. Hətta, “Qarabağ”ın oyununda 2 penalti epizodu olduğunu düşünürəm. Biri Sadıqovla bağlı epizoddursa, digəri Ağdam komandasının müdafiəçisinin hücumçunun belindən aşdığı epizoddur. Hər iki halda “Qarabağ”ın qapısına penalti təyin olunmalı idi”.
Elxan Məmmədovun çörəyinə yağ sürtən açıqlamadı. Hamı “Qarabağ”ın da bir penaltisinin verilmədiyini müzakirə etdiyi bir zamanda Musayev ağdamlıların ikiqat bağışlandığını söyləyir. Aha, nə dəyişib? Deyəsən, Ramin bəy sevimli klubuyla yaxşı münasibətlərindən duyuq düşülməsinin qarşısını almaq üçün ağdamlıları yükləyir. Halbuki Emeqaraya qarşı kobudluq epizodunu yadına salsaydı, daha obyektiv olardı. Amma o, yıxılmışkən ayağa durmamağı üstün tutur.
“Neftçi”nin ”Keşlə”nin qapısına vurduğu ikinci qolun ofsayddan reallaşmasını təsdiqləyən PFL prezidenti bu məqamın üzərindən o qədər qaçaraq keçir ki, sanki belə də olmalıymış. Çempionluğa 2 namizəd arasında balans tapmağa cəhd də etmir. Halbuki o, bu səhvləri hakimlərin yayda heç bir toplanışa getməməsi ilə də əlaqələndirə bilərdi. Musayevsə hansısa həyəcandan danışır.
Oxuyanda adam özü həyəcanlanır: “Oyun zamanı həyəcanlı olub və düşünürəm ki, qapıçının öndə olduğunu unudub. Səhvini başa düşəndə isə artıq gec olur”.
Müsahibənin qalan hissəsi təfərrüatdır. Bəy tərifi, suallardan yayınmağa cəhd, yalançı vədlər və s. Musayevin həmişə bəh-bəhlə danışdığı millidən danışmaması isə çox maraqlıdı: “Ataların yaxşı bir sözü var: Sözün dəyərini itirməkdənsə, az danış”.
Əhsən, Elxan Məmmədov, deyəsən, sən bu adamları bizdən daha yaxşı tanıyırsan, baltalayan qoluna qüvvət. Kaş futbolun incəliklərini də bu qədər biləydin və bacarığını xeyirli işlərə sərf edəydin.
FƏRİD