vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
23:23 | 5 noyabr 2017 | Bazar Məqaləyə 2927 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ramin Musayev hardadı?

Qələbələrə şərik olan PFL prezidentinin, məğlubiyyətdə də əməyi varmı?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ramin Musayevin müsahibə verməsini gözləyirəm. Deyəcəkləri çox maraqlıdır. Qələbələrə şərik olardı, görəsən, məğlubiyyətdə də əməyi varmı?

Bu da axırı. «Neftçi»nin qələbə seriyası bitdi. Tərlan Əhmədovun gəlişiylə başlayan yüksəliş elə ilk ciddi rəqiblə oyundaca dayandı. Emosiya, hay-küy, bir az da zəif rəqiblərdən təcrübədə üstünlük sayəsində qazanılan ardıcıl 4 qələbənin davamı gəlmədi.

«Zirə» ilə oyun Əhmədov üçün əsl sınaq idi. «Neftçi» çempionatda heç vaxt yenə bilmədiyi bu komandanı udsaydı, Tərlan bəyi xilaskar kimi təqdim etmək, onu bakılılar üçün tapıntı saymaq olardı. Amma olmadı. Deməli, «Neftçi» hələ özünə gəlməyib.

Düzdü, Əhmədov Elxan Abdullayevin vaxtında uduzulan «Səbail»i darmadağın etdi, paytaxtda xal bağışlanan «Kəpəz»i səfərdə uddu, «Sumqayıt»ı, «İnter»i xalsız qoydu. Lakin «Zirə»yə hər iki oyunda uduzdusa, deməli, sadəcə, heyət və maliyyə baxımından geri qalan rəqibləri üstələyib. Hələ qarşıda «Qəbələ»ylə, «Qarabağ»la oyunlar var. Tərlan bəyin əsl bacarığı, komandanın real gücü ilk məğlubiyyətdən necə ayılacaqlarından gördükdə bilinəcək.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev «Neftçi»nin hər qələbəsindən sonra müsahibə verərdi. O, az qala hamıya car çəkirdi ki, «baxın, «Neftçi»yə mənim gətirdiyim məşqçi problemləri həll etdi». Bütün hallarda qələbələrə şərik çıxırdı. İndi onun nə deyəcəyi, ümumiyyətlə, deyib-deməyəcəyi çox maraqlıdır.