vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
16:15 | 13 mart 2014 | Cümə axşamı Məqaləyə 2396 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Millimiz 2 pillə irəlilədi

FİFA-nın reytinqində

MÖVZU İLƏ ƏLAQƏLİ

FİFA dünya yığmalarının növbəti reytinq cədvəlini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisi mart ayı üçün açıqlanan siyahıda 91-ci pillədə qərarlaşıb.

Berti Foqtsun yetirmələrinin hesabında 369 xal var. Bu da ötən fevral ayı ilə müqayisədə üç xal azdı. Buna rəğmən, millimiz iki pillə yüksəlib. Xüsusən Estoniya və Çin yığmalarının reytinqdə geriləməsi buna şərait yaradıb.

Yarış cədvəlində qonşularımız Yeni Zelandiya (373 xal) və Estoniyadı (367 xal). Millimiz reytinq cədvəlində AÇ-2016-nn təsnifat mərhələsinin H qrupundakı rəqiblərimizdən yalnız Maltanı qabaqlayır: İtaliya 8-ci (1112 xal), Xorvatiya 16-cı (955 xal), Norveç 57-ci (559 xal), Bolqarıstan 67-ci (518 xal), Malta 134-cü (186 xal) pillədə qərarlaşıb.

Qarşıdakı yoldaşlıq görüşündəki rəqibimiz ABŞ isə 1017 xalla 14-cüdür. Qardaş ölkə Türkiyə 710 xalla 38-cidir.

Ayın ən yaxşı komandası 18 pillə irəliləmiş Vyetnam millisi olub. 43 pillə geriləmiş Myanma millisi isə ayın ən pis göstəricisinə imza atıb.

İlk onluq isə belə sıralanıb: İspaniya (1510 xal), Almaniya (1336 xal), Argentina (1234 xal), Portuqaliya (1199 xal), Kolumbiya (1183 xal), Uruqvay (1126 xal), İsveçrə (1123 xal), İtaliya (1112 xal), Braziliya (1104 xal) və Belçika (1084 xal).