

Ticarət problemləri yaşayan ABŞ və Kanada eyni zamanda ən məşhur mundiala evsahibliyinə hazırlaşır
FİFA futbolu NBA-laşdırır
ABŞ Dövlət katibi Dünya Çempionatındakı qol sarğısı qərardan narazıdır
İnfantino gözlənilməz cavabla Qərbin ikiüzlülüyünü qınayıb
“İran dünya çempionatından kənarlaşdırılmalıdır”
Platini: “Ədalətin, nəhayət, zəfər çalmasına görə şadam”
FİFA 2026-cı il Dünya Çempionatının keçiriləcəyi şəhərləri müəyyənləşdirib
Bizdən geri olan Malta da, Latviya da bizə qalib gəlir
FİFA İrana qarşı tələb irəli sürdü
Başlanmasına 200 gün qalan mundialın təqvimi də məlum oldu
Moskvada DÇ-nın püşkatma həyəcanı başlayır
Əliyar Ağayev Avropa Çempionatının seçmə mərhələsində vacib oyunu idarə edəcək
«Traktor» klubunun FİFA-dakı 7 dosyesi qapanıb
Məsud Şocayi və Ehsan Hacısəfi millidən uzaqlaşdırılsa, Tehran 2018-ci il Dünya Çempionatına buraxılmayacaq
«Rusiyanı dünya çempionatının ev sahibliyindən məhrum edin»
Qətər DÇ-2022-yə hər həftə 500 min dollar vəsait xərcləyir
FİFA İntizam Komitəsi futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçeskunu bir oyunluq diskvalifikasiya edib.
Türkiyə KİV xəbər verir ki, buna səbəb rumıniyalı mütəxəssisin sentyabrın 2-də 2018-ci il dünya çempionatının seçmə qrup oyunları çərçivəsində Ukrayna yığması ilə səfərdə keçirilən qarşılaşmada oyun epizodlarını birinci hissənin sonunda mobil telefonu ilə ispaniyalı hakim Devid Fernandez Borbalana göstərməsi və matçdan sonra hakim barəsində verdiyi açıqlamalardır.
Bununla da Mirça Luçesku Türkiyənin oktyabrın 6-da doğma divarlar arasında İslandiya ilə keçirəcəyi qarşılaşmanı tribunadan izləməli olacaq. Çünki rumıniyalı mütəxəssisin FİFA İntizam Komitəsinin qərarından apelliyasiya şikayəti vermək hüququ yoxdur.
Məlumatda Türkiyə milli komandasını onun köməkçisi Tayfur Havutçunun meydana çıxaracağı bildirilib.