vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
18:44 | 24 mart 2014 | Bazar ertəsi Məqaləyə 1485 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Amerikalı qovulmalıdır»

«Onun bəyanatı rusların maraqlarına xidmət edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu, tamamilə məsuliyyətsiz bir bəyanatdır. Amerikalı həmsədrin nə ATƏT-in fəaliyyətindən, nə də Minsk qrupunun mandatından xəbəri var. Bu, bisavadlığın göstəricisidir».

Politoloq Vəfa Quluzadə «Aktual.az»a ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin sosial şəbəkədə qondarma Dağlıq Qarabağ qurumunu tərəf kimi göstərməsini şərh edərkən belə deyib. Quluzadə təəssüflə qeyd edib ki, amerikalı həmsədrin açıqlaması rusların maraqları ilə üst-üstə düşür: «Rusiya çox cəhd edirdi ki, Ermənistanı kənar tutmaqla, Azərbaycanla Dağlıq Qarabağın qondarma qurumunu münaqişə tərəfləri kimi göstərsin. Lakin buna nail ola bilmir. Görünür, amerikalı həmsədrin bundan xəbəri yoxdur. Ciddi ölkənin nümayəndəsi bu cür bəyanat verməməlidir. Azərbaycan bu bəyanata görə amerikalı həmsədrin Minsk qrupundan uzaqlaşdırılmasını tələb etməlidir».

 Məlumdur ki, bu gün ATƏT-in Minsk Qrupunun yaranmasının 22 ili tamam olur. Qurumun 22 illik fəaliyyətini qiymətləndirən politoloq qeyd edib ki, qurumun səyini yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduğu halda yüksək qiymətləndirmək olardı: «Hələ ki, torpaqlarımız işğal altındadır». Müsahibimiz həmçinin 22 il ərzində zaman – zaman qurumda təmsil olunan amerikalı həmsədrlərin fəaliyyətinə də toxundu. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Amerikanın aydın prioriteti yoxdu: «Bu vaxta qədər Minsk qrupunun elə amerikalı həmsədrlərini tanıyıram ki, onlar yalnız özfəaliyyətlə məşğul olublar. Amerikanın dövlət siyasətinin hədəfi Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlməlidir. Həmsədr Ceyms Uorlikin bəyanatı isə bunun əksi anlamını verir».