Putin yolun sonunda
Dövlət başçısı ilə XİN rəhbərinin açıqlamaları bir-birinə zidd olur
Dadaş ƏHMƏDLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Bəlkə də, Ukraynaya silahlı müdaxilə edəndə Rusiya prezidenti Vladimir Putinin hansısa konkret planları var idi. Amma vəziyyətin dəyişməsi, yəqin ki, bu planları alt-üst etdi. Elə bu səbəbdəndir ki, həm prezident, həm xarici işlər nazir həm də digər səlahiyyətlilər bir-biri ilə ziddiyyət təşkil edən, qeyri-ardıcıl bəyanatlar verirlər. Gah “xoşməramlı” olur, gah “döyüşən orduya istirahət” verir, gah da atəşkəsin vacibliyini xatırladırlar. Bu günə qədər Rusiya prezidenti Vladimir Putinin Ukraynanın işğal olunmuş əraziləri ilə necə davranacağı ilə bağlı heç bir qərarı yoxdur. Bir sıra qərarların icrası üçün bir neçə variantın hazırlanması ilə bağlı sərəncamlar var, lakin bu variantlardan hansının son nəticədə həyata keçiriləcəyi və hazırlanmış qərarlardan hər hansı birinin həyata keçirilib-keçirilməməsi hələlik, ümumiyyətlə, məlum deyil.
Üç slavyan xalqının – Rusiya, Ukrayna və Belarus birliyinin yaradılması, Ukraynanın işğal olunmuş rayonlarının “qanuni” prezident Viktor Yanukoviçin rəhbərlik etdiyi “əsl Ukrayna” kimi tanınması variantı hazırda əsas qərardır. Prezidentin yaxın çevrəsindən bəzi adamların meyl etdiyi və doğrudan da, Vladimir Putinin özünün də üstünlük verdiyi variantdır, lakin yekun qərar yoxdur. Yekun qərarın olmamasının əsas səbəbkarı isə hər vəziyyətdə aradan çıxan Belarus prezidenti Aleksandr Lukaşenkodur.
Hələ də siyasi elitadan prezidentin yaxın çevrəsində olmaq arzusunda olan, orada “referendumlar” keçirildikdən sonra onu işğal olunmuş ərazilərin Rusiyaya birləşdirilməsi variantını həyata keçirməyə sövq edənlər var. Bu variant da prezidentin masasındadır, lakin bu qərarın icrası demək olar ki, birmənalı olaraq Putin rejiminə və Putinin özünün Rusiya prezidenti kimi mövcudluğuna son qoya bilər və Rusiyanın indiki formada mövcudluğunu şübhə altına salır.
Təsəvvür edək ki, qərar qəbul edilir və həyata keçirilir, Ukraynanın vilayətləri, fərqi yoxdur, Xerson və Zaporojye vilayətləri, yoxsa Donetsk və Luqansk, ya da hamısı birlikdə Rusiyanın bir hissəsidir. Amma şübhə yoxdur ki, Ukrayna Silahlı Qüvvələri Qərbin silahlarının dəstəyi ilə bu əraziləri işğaldan azad etməyə çalışacaq. Yalnız açıq-aşkar bir axmaq və ya təxribatçı bu ərazilərin Rusiya qoşunları tərəfindən saxlanılmasına zəmanət verə bilər, yalnız ona görə ki, yaxın gələcəkdə Qərbin Ukraynaya başqa hansı silahları və hansı miqdarda verə biləcəyi barədə heç bir anlayışı olmasın. Kifayət qədər miqdarda müasir silahlarla təchiz edilmiş Ukrayna silahlı qüvvələri özlərinin ərazisi hesab etdikləri torpaqların işğaldan azad edilməsi planlarını həyata keçirəcəyi şübhəsizdir. Putin və bütövlükdə rejim üçün bu, son olacaq. Rusiyanın daxili gündəmi üçün, de-fakto və de-yure, bu, hücum və Rusiya ərazilərinin ələ keçirilməsi demək olacaq, bunu udmaq mümkün olmayacaq, burada “xoşməramlı jest” və ya başqa variantlar olmayacaq. Elitaların əksəriyyəti, hətta Rusiya əhalisi üçün Putin torpaqların toplayıcısı deyil, bu torpaqları hərraca qoyan xain və ölkəni Rusiya üçün fəlakətli nəticələri olan uğursuz macəraya sürükləyən biri olacaq.
Əlbəttə ki, nüvə silahının istifadəsi ilə daha da fəlakətli nəticələrə səbəb olacaq çılğın bir seçim də var, lakin bu, tamamilə fərqli, daha kədərli bir hekayə və fərqli bir sonluqdur. Məhz belə qərarsızlığa görə də Rusiyaya qoşulmaq istəyi ilə bağlı bütün bəyanatlara baxmayaraq, LXR və DXR Şimali Koreyada səfirlik açacaqlarını elan etmək üzrədirlər. Bir qədər də gülməli səslənir: bir tərəfdən gündən-günə zəifləyən Rusiyaya qoşulacağını bəyan etmək, digər tərəfdən də müstəqil dövlət olaraq səfirlik açmaq istəyini anons etmək. Bütün bunlar Vladimir Putinin yolun sonuna gəldiyinin göstəriciləridir. Bu günə qədər Putinin nə məsələnin həlli ilə bağlı konkret təklifi var, nə də həll yolu barədə anlayışı. Qarşıdakı seçimin nə olması və ya onun olmaması Vladimir Putinin həqiqətən kim olduğunu göstərəcək: o axmaqdırmı, qorxaqdırmı, yoxsa intihar edəcək uğursuzdurmu? Seçimlər çox deyil, hamısı da həm Rusiya, həm də Putin üçün fəlakət deməkdir, amma olanlar yalnız bunlardır.