vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AVROPA  
15:44 | 9 noyabr 2022 | Çərşənbə Məqaləyə 521 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yumurta və virtiolla hücum

Britaniya kralı və həyat yoldaşı 23 yaşlı gəncin etirazı ilə qarşılaşıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Çərşənbə günü 23 yaşlı gənc İngiltərənin şimalındakı York şəhərində gəzən Kral III Çarlz və həyat yoldaşı kraliça Kamillaya yumurta və vitriol atdıqdan sonra həbs edilib.

Hadisə kral və həyat yoldaşının monarxların ənənəvi olaraq şəhərdə qarşılandığı orta əsr “Micklegate Bar” qapısından Yorka girərkən baş verib.

Video görüntülərdə bir neçə yumurtanın atıldığı və yerə çırpıldığı əks olunub. Yerli yüksək səviyyəli şəxslər tərəfindən qarşılanmağa və toplanmış insanlarla görüşməyə davam edən kral cütlüyü xəsarət almayıb.

Bir neçə polis məmurunun izdihamın baryerində bir kişi ilə əlbəyaxa olduğunu görmək olub. Britaniyanın PA xəbər agentliyi etirazçının həbs edilərkən fit çaldığını və “Bu ölkə qulların qanı üzərində qurulub” deyə, qışqırdığını bildirib.

Ətrafdakılar onun səsini boğmağa çalışaraq, “ar olsun sənə” və “Allah kralı qorusun” şüarları səsləndirib.

Şimali Yorkşayr polisinin bildirdiyinə görə, 23 yaşlı gənc ictimai asayişi pozmaqda şübhəli bilinərək, həbs edilib və hazırda həbsxanadadır.