vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
17:13 | 3 aprel 2014 | Cümə axşamı Məqaləyə 1461 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İşğal səbəbləri 21 il sonra açıqlandı

Üzeyir Cəfərov: «Marşal da o zaman müdafiəsiz qalmış Kəlbəcərin müdafiəsini təşkil edə bilməzdi»

MÖVZU İLƏ ƏLAQƏLİ

Kəlbəcərin işğalından 21 il ötür. O zaman ölkə rəhbəri Əbülfəz Elçibəy Mir Şahinə müsahibəsində maraqlı məqamlara toxunmuşdu. Əbülfəz Elçibəy Kəlbəcərin işğalı ərəfəsində qadın və uşaqların rayondan çıxarılacağını bildirmişdi. Göründüyü kimi o zamankı ölkə rəhbərliyi yeni Xocalı faciəsinin təkrarlanacağından qorxurdu.

Bəs əsgərlər kimləri qoruyacaqdı? Rayonun boşaldılmasını görən döyüşçü ürəklə döyüşəcəkdimi?

Kəlbəcərin işğalından 21 il ötdükdən sonra bu sualı hərbi ekspertlərə ünvanladıq. Cavablar kifayət qədər maraqlı oldu.

Hərbi ekspert Üzeyir Cəfərov Kəlbəcərin milli ordunun formalaşmadığı bir vaxta düşmən əlinə keçdiyini və orada insanların qalması faktının daha böyük itkilərə səbəb ola biləcəyini dedi. Onun sözlərinə görə, 58 minlik Kəlbəcər sakinin həyatını riskə atmaq olmazdı və onların Kəlbəcərdən çıxarılması düzgün addım idi.

«Bizim bəzi rayonlarımız var ki, onlar döyüşsüz düşmənə təslim olub. Amma Kəlbəcər bura aid deyil. Rayon 1992-ci il apreilin 2-də bir neçə gün davam edən amansız döyüşlərdən sonra düşmən əlinə keçib. Kəlbəcər uğrunda gedən döyüşlərdə insanlara divan tutuldu. Dinc insanlarımız həlak oldu», - deyə Üzeyir Cəfərov bildirib.

Hərbi ekspert 21 il əvvəl dinc insanların təhlükəsiz ərazilərə köçürülməsi prosesinin düzgün aparılmadığına da diqqət çəkib. Üzeyir Cəfərovun sözlərinə görə, əhalinin oradan çıxarılması daha operativ formada həyata keçirilə bilərdi və buna diqqət yönəldilməli idi.

«Rəhbərlik vaxtında qabaqlayıcı tədbirlər görsəydi ordu çox şeylər edə bilərdi. Müdafiədə bir sıra səhvlərə yol verildi. Kəlbəcərlə bağlı o vaxt hərbi hissənin komandiri olmuş polkovnik Əzizağa Qənizadə məsuliyyətə cəlb olundu. Açığını deyim ki, o zaman Əzizağa Qənizadəni günahlandırmaq düzgün deyildi. Çünki o zaman əliyalın və müdafiəsiz qalmış Kəlbəcərin müdafiəsini marşal da təşkil edə bilməzdi. Bir sözlə Kəlbəcər Azərbaycan-Ermənistan müharibəsində öyrəniləsi və nəticə çıxarılası bir döyüş rayonu olub. Erməni erməniliyini bir daha sübut elədi və Kəlbəcəri də bir neçə gün gedən döyüşlərdən sonra amansızcasına işğal etdi».

Hərbi psixoloq Azad İsazadə hesab edir ki, Kəlbəcərdən əhali düşünülmüş formada köçürülməli idi.

«Bəzi hallarda özünə əminlik varsa və əhalin itkisinin qarşısını almaq üçün insanları döyüş gedən ərazidən çıxara bilərlər. Bəzən isə yerli əhali orduya kömək edir və döyüşlərdə iştirak edir. Real olaraq Kəlbəcərə kömək etmək üçün ehtiyatda qüvvə yox idi. Kəlbəcərin döyüşən hissəsi faktiki olaraq mühasirəyə düşmüşdü. Bir neçə batalyon qalmışdı. Əhalinin çıxması rezervləri Murovdağdan çəkməyə çətinlik yaratdı. Nəticədə yollar bağlandı. Vəziyyət gərginləşdikdən sonra mərkəzləşmiş formada birdən əhalini vertalyotla çıxarmağa başladılar», - deyə Azad İsazadə bildirib.

Hərbi psixoloq əhalinin o zaman Kəlbəcərdən çıxarılmasını səhv addım kimi qiymətləndirməyin düzgün olmadığı fikrindədir.

Azad İsazadə əhalinin Kəlbəcərdən çıxarılmasının düşmənə müqavimət göstərən orduya psixoloji cəhətdən mənfi təsir etdiyindən də danışıb: «Əhalinin oradan çıxarılması birmənalı olaraq orda müqavimət göstərən orduya psixoloji olaraq təsir elədi. Yaddan çıxarmaq lazım deyil ki, Kəlbəcər briqadasının əksəriyyəti yerli batalyonlar idi. Bunu biz Ağdamda və Füzulidə də görmüşük. İstər istəməz batalyonun bir hissəsi bir və ya iki saatlıq mövqeləri tərk edirdi ki, öz ailəsini yerbəyer edib qayıtsın. Bu da istər Şuşanı, istərsə digər zonaları müdafiə edən qüvvələri zəiflədirdi».