

2 il əvvəl düşmən tapdağından azad olunan yurdumuz
...Yaxud çadır həyatının təəssüratları
28 ildən sonra Natəvanın da nigaran ruhu rahatlıq tapıb
Tanrı dərgahı kimi ...
Bakıda təşvişə düşənlər kimlərdir?
“İrs” nəşrləri seriyasından Şuşa haqqında kitabların təqdimatı keçirilib
Məşədi Zeynalın ifasında tar sanki xanəndə kimi dil açıb oxuyarmış...
“Düşmən ağlına gətirmirdi ki, yollarını belə tezliklə bağlaya bilərik”
Düşmən “İsgəndər”lə də Ordumuzu dayandıra bilmədi
Şuşanın taleyini həll edən son döyüş
“Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının təqdimatı da keçirilib
Sakinlərə müjdə; 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
... Yaxud Ukraynanın Azərbaycandan nə fərqi var ki?
Qala yolunun yorğun yolçusundan gecikmiş qeydlər və ya esse-hekayə
...Hər baxışda bir ümid, hər ümiddə bir işıq,
Təsəvvür edirəm ki, Qarabağ işğal olunmayıb. Mən də bayram günü ailəmi də götürüb gəlirəm Avtovağzala. Bilet alıram Bakı-Ağdam avtobusuna. Anam zəng edir ki, bala gec gələcəksiz. Süfrə açıb gözləyirik. Axşam çatırıq evimizə, məhəlləmizdə ocaq qalayıblar. Yaxınlaşıb böyüklərin əllərindən öpürəm, tay-tuşlarımı qucaqlayıram. Balacaların gözlərindəb öpürəm. Oğlum, bacım uşaqları, məhəllədə tay-tuşlarımızın uşaqları ocaq yanında oynayırlar, valideyinlərimiz söhbət edirlər. Biz də tay tuşlarla həyətdə ocaq kənarında durub dərdləşirik. Sonra evə qalxıb bayram aşı yeyirik. Oğlum tay tuşları ilə torba atmağa gedir, qızlar qapı pusmağa. Mən də dədəmlə, yeznələrlə domino oynayırıq, nərd atırıq.
Səhər hamımız maşına doluşub Şuşaya qalxırıq. Yol üstü Ağdam məscidinə gedib nəzirlərimizi veririk. Duamızı oxuyuruq.
Şuşaya Ulu babamgilin evinə gedirik. Atamın qohumlarını, yaşlı insanları təbrik edirik. Abdal-Gülablıdan keçəndə düşüb oranın bulağında əl-üzümüzü yuyuruq. Anam deyir ki, buranın gül-çiçəyindən dərin, aparın evinizə. Şuşada ailəvi gedirik Cıdır düzünə, Topxana meşəsinə. Kabab çəkirik, uşaqların səs küyü, samovar çayının tüstüsü, Xarı Bülbül gülünün gözəlliyindən zövq alırıq. Anam deyir ki, Qubadlıya da gedək. Qohumlar gilə. Gəlirik ki, Allahverdi, Eldar və Əmir Bağırovlar da gəliblər baba ocağına. Onlarla birgə gedirik Həkəri çayının kənarında balıq tuturuq.
Kəlbəcərə gedirik oradan. İstisuya. Kəlbəcər balı alıb, Əsgəran-Xocalı yolu Ağdama qayıdırıq.
“Fred” Asif ailəsini götürüb bizə qonaq gəlir. Oturub dərdləşirik, çay içirik. Ağdamda yeni işlərin qurulması barədə planlar cızırıq. Bu zaman Canpolad zəng edir ki, bəs atam Yaqub sizi evə dəvət edir. Gedirik Ağdamın Şahbulaq qalasında dincəlməyə. Çay süfrəsinə Şirin Mirzəyev də qoşulur. Ərşad da, Cəfər də...
Bayram günləri Ağdamdakı qohumlarla görüşürük, müəllimlərimin evini ziyarət edirik. Bakıya qayıdan zaman Atam Anam öyüd nəsihət edirlər, deyirlər ki, nəvələri tez-tez gətirək.
Ağdamdan Bakıya gələndə yol üstü dayanıb Kəhriz suyu ilə əl-üzümüzü yuyub: Biz bir də qayıdacağıq Ağdam deyəcəyik.