Ermənilər bir-birinin evini talayır
“Məsələ ondadır ki, bunu edənlər türklər deyil, özümüzünkülərdir!”
Elşad PAŞASOY
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusların bəhanəsi qalmayacaq
Bakı Laçın dəhlizində gömrük postu qurmaqda israrlıdır
-
Qlobal şüurdakı məqsədlər
Əliyev böyük sərhəd dəyişikliyinin anonsunu verir
-
Sərhədlər hansı xəritələrlə qurulacaq?
Əliyevin sentyabr əməliyyatı və delimitasiya mesajı
-
Laçın işıqlandı
Zabux və Sus kəndlərinin elektrik xətləri yenilənib
-
Çatlaq səslər eşidilir
Ermənistan Laçın ermənilərinə söz verib
-
Düşmənin təşvişi artır
“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?
-
Kimə, niyə, nə üçün?
Rusiya Laçında yol çəkir ...
-
Şuşa və Qüds …
Fərqli və oxşar şəhərlər
-
Həyatımın ən keçilməz acısı – Qubadlı
Qazandığım ən böyük dəyərin beşiyi VƏTƏN
-
Müvəqqəti atəşkəs nə qədər çəkəcək?
«Kazan prinsipləri»nin ən təhlükəli maddəsi...
-
Səkkizinci fil
Yaxud, 1991-ci il, yanvarın 5-də baş tutacaq görüş
-
Suriya erməniləri Qarabağdan qaçır
4500 ermənidən 2300-ü kor-peşman geri qayıdıb
-
Ay Laçın, can Laçın
Olmadıq qurban Laçın!
-
Əbülfəz Elçibəyin efirə getməyən müsahibəsi
«Çox ehtiyat edirik ki, böyük faciə ola bilər» (VİDEO)
-
Məhəbbət Kazımov vəfat etdi
61 yaşlı əməkdar artist bu gün səhər epilepsiya tutması nəticəsində dünyasını dəyişib
-
Laçının işğalında Abbas Abbasov faktoru
Sabiq baş nazir və tabor komandiri ittihamı dolyasıyla təsdiqlədi
Cəmi iki həftə əvvəl yazmışdıq, təxmin etmişdik Laçın şəhərinin yağmalanacağını, talan ediləcəyini. Əslində bu məsələdə uzaqgörənliyə-filana ehtiyac yoxdur, erməni vandalizminə bələd olan hər kəs, xüsusilə də bizlər üçün gözlənilməz deyildi. Ermənistana 2020-ci ilin noyabr ayında Kəlbəcərdən çıxmaq üçün vaxt verdikdən sonra şəhər və kəndlərimizi nə kökə saldıqlarını görmüşdük…
Budur, indi də ermənilər özləri etiraf edirlər Laçının talan edilməsini. Erməni qadın sosial şəbəkələrdə Laçından videokadrlar paylaşaraq deyib: “Gəlmişik evimizə, hansı ki, qapını bağlayıb çıxmışdıq. Buradan türklər keçib, ya ermənilər? Açarı götürüb evə daxil oldum və mənzərə... Mənim erməni vətəndaşlarımın mənzərəsi... Qapılar, pəncərələr, qalan əşyalar yoxdur”. Bax, bunu 30 il ərzində Azərbaycan torpağında qanunsuz məskunlaşan, indisə buranı “öz evi” bilən erməni qadın deyir və ifşa edir erməniləri.
Vardan Qukasyan adlı bloger isə “Youtube” kanalında paylaşdığı videoda erməniləri təhqir edib. Necə də olduğu kimi təsvir edib ermənilərin mahiyyətini: “Sosial mediada yayılan görüntünü gördüm, şoka düşdüm. Laçında ermənilərin işğaldan sonra yaşadıqları evləri elə ermənilər talayır. Bu görüntüdə olana talan demək ən yumşaq ifadədir. Evə girib texnika, qır-qızıl, pul oğurlamaq talan sayılar, amma evə girib, qapı-pəncərə, kafel, unitaz oğurlamağa nə ad qoyasan? Bu talan deyil, heç bir dildə bunu ifadə etmək üçün söz yoxdur. Məsələ ondadır ki, bunu edənlər türklər deyil, öz ermənilərimizdir!”
Və…vandalizm davam edir. İndi müqayisə edək: Azərbaycan Laçın dəhlizinə alternativ yol çəkir. Çəkir ki, Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilər İrəvan istiqamətində rahat gedib-gəlsinlər. Hətta iki gün əvvəl bu istiqamətdə dərəyə aşan erməni avtomobilini bizimkilərin xilas etməsindən, onların digər istiqamətə təhlükəsiz hərəkət etməsinə şərait yaratmasına görə ermənilər şoka düşüblər. Axı, özləri uşaq, qadın, qocaların qatilləridirlər. Elə bu sətirlərin yazdığım gün 2 yaşlı Zəhra və nənəsinin öz həyətlərində qətlə yetirilmələrinin növbəti ildönümüdür…
Xülasə, Azərbaycan vətəndaşlığımızı qəbul edəcək ermənilərin rahatlığı üçün öz büdcəsindən vəsait xərcləyir, dağları yarır, yol çəkir, erməni vandallarsa laçınlıların evlərini yandırır, talayır, yağmalayır. Son günlər panik əhvaldadırlar: Laçın şəhəri boşaldılacaq! Ermənilərdən onu gözləmək olmaz ki, 30 il əvvəl işğal etdikləri Laçını adam kimi təhvil-təslim eləsinlər Azərbaycana! Bunlar Kəlbəcərdən çıxarkən apara bilmədikləri heyvanları güllələyən, arı pətəklərinə od vuran, evlərimizi və digər obyektləri tar-mar edən ünsürlərdir. Hətta Şurnuxu kəndindən cəhənnəm olub gedəndə “ev türklərə qalmayacaq” deyib canlı yayımda odlamışdılar…İndi də Laçını odlamağa başlayıblar.
Düzdür, Nikol Paşinyan elə bu günlərdə demişdi ki, Laçında erməni əhali yaşamır. Təbii, o qədər erməni hardaydı ki, hələ Laçında da yaşasın. Amma tək-tük, Suriyadan, Livandan köçürülənlər, yaxud terrorçu fəaliyyətlə məşğul olanlar evlərimizi zəbt edib, on illərdir yarasa kimi sığınmışdılar. İndi də hansı evdə yaşayış nişanəsi görürlərsə, “unitaz oğruları” dərhal cumurlar o ünvana. Unitazları başlarına dəysin, aparsınlar, amma evlərimizi yandırıb dağıtmalarını onlara bağışlamaq, bu cinayətlərə göz yummaq olmaz. Odur ki, keçən yazımızda bildirdiyimiz kimi, bölgəyə nəzarət funksiyasını icra edən Rusiya sülhməramlı kontingentinin komandanı Volkov dərhal Bakıya çağırılmalı, ondan izahat istənilməlidir! (“Oxu: “Laçın şəhərinə qayıtmaq vaxtı: Volkov, evlərimizi yandırsalar, hesabını sən verəcəksən!”)
Volkov bölgəyə cavabdeh şəxsdir, niyə səs-səmiri çıxmır, nə səbəbə ermənilərin 2020-ci ilin 20 noyabr anlaşmasına görə təhvil verməli olduğu Laçın şəhərini tar-mar edir, rus hərbçilərin gözləri qarşısında? Laçındakı evləri söküb hara daşıyırlar? Ermənistann, ya da ermənilərin mövcud olduğu digər ərazilərimizə. Laçın dəhlizinə nəzarət sülhməramlı adlananlarda deyilmi? Hara baxırlar: erməni axçilərinə?!
Azərbaycan Prezidenti 2020-ci ilin 10- noyabrında xalqa müraciətində nə demişdi? Xatırlayaq və erməni vandallarına, həmçinin onların vandalizminə göz yuman volkovlara da xatırladaq: “Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı…” Ağdam və Kəlbəcərdəyik, Ağdamda şəhər tikirik, Kəlbəcərdə sanatoriya! Qururuq, yaradırıq, ermənilərin yıxdıqlarını yenidən qururuq! Günlər qalıb Laçın şəhərində də eyni prosesin başlamasına. Beynəlxalq Hava Limanı tikilir, yollar çəkilir, Laçın yaylaqlarından quzularımızın mələrtisi eşidilir…Erməni vandallar isə yenə də öz ampulasındadır. Bunların sahibi varsa, yiyə dursun, başa salsın, yoxdursa, onda başa sala(rı)q!