vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 19 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
19:09 | 26 avqust 2024 | Bazar ertəsi Məqaləyə 96 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Buz mağarası çökdü...

Ölən və itkin düşənlər var

CAVİD

İslandiyanın cənubundakı Breidamerkurjokull buzlaqında mağaranın çökməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Yerli polisin verdiyi açıqlamada, 25 nəfərlik turist qrupunun Breidamerkurjökull buzlaqındakı mağaranı ziyarət edərkən yıxıldığı, 4 turistin isə buz parçalarının düşməsindən yaralandığı bildirilib.

Açıqlamada bir nəfərin hadisə yerində öldüyü, iki nəfərin ağır yaralandığı, bir nəfərin vəziyyətinin stabil olduğu bildirilib. Açıqlamada 2 nəfərin itkin düşdüyü, gecə saatlarında fasilə verilən buz mağarasında axtarış-xilasetmə işlərinin səhər saatlarında davam edəcəyi qeyd edilib.

Yerli media, İslandiyanın ən sevimli turistik yerlərindən biri olan Breidamerkurjökull buzlaqındakı mağaraya gələn turistlərin bələdçinin müşayiəti ilə bölgədə olduğunu və onların bir çoxunun çökmə zamanı mağaranın xaricində olduğunu bildirib.

Bu arada çöküşün vulkan partlayışı ilə bağlı olmadığı vurğulanıb.