vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TOP OYUNLARI  
23:00 | 6 aprel 2014 | Bazar Məqaləyə 3367 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın 2-ci derbsinin ilginc statistikası

Əzəli rəqib, əbədi dostların göstəriciləri

MÜŞFİQ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün İstanbulda futbol bayramı idi. Metropolun 2 ən böyük klublarından olan «Qalatasaray» və «Fənərbaxça» qarşılaşırdı. Sarı-qırmızılılar oyunun 9-cu dəqiqəsində holllandiyalı legioneri Vesliy Sneyderin vurduğu yeganə qolla qalib oldu.

«Cim Bom»la «Kanarya»lılar arasında olan derbi bütün futbol aləmində məşhurdur. Fanatlarının rəyinə görə ölkə çempionatlarındakı ən məşhur derbilərin sıralamasında «Barselona» və «Real» (Madrid) qarşılaşması olan «El klassiko»dan sonra 2-ci «İstanbul derbisi» gəlir. Azarkeşlər oyunçularını rəqib komandaya qol vurduqdan sonra gerçək «Qalatasaray»lı və ya «Fənərbaxça»lı hesab edirlər. Bu oyunlarda gərginlik o qədər yüksək olur ki, stadionda və oradan kənarda hər zaman olaylar baş verir. Hətta bu hadisələr bəzən arzuolunmaz dərəcəyə çatır. Xəsarət alanlar, həyatını itirənlər olur. Bəs bu derbi haqqında hansı statistika ilə tanışıq? Vaxt.az türk mediasına istinadən sizi ilginc rəqəmlər və adlarla tanış edir. Beləliklə,

 

İlk oyun
«Fənərbaxça» - «Qalatasaray» 0-2 17 yanvar 1909

İlk qol
Emin Bülənt Sərdaroglu («Qalatasaray»)

Derbilərdə ən çox forma geyən futbolçu
Turqay Seren (56 dəfə «Qalatasaray»)

Derbinin ən çox bitdiyi hesab
1-0 69 dəfə

Ən fərqli nəticə
«Fənərbaxça» - «Qalatasaray» 0-7 (12 fevral 1911)

Ən çox qol vuran futbolçu
Zəki Rza Sporel («Fənərbaxça» 28 qol)

Ən qollu oyun
«Qalatasaray» - «Fənərbaxça» 4-4 (1983 və 2001)

En az seyrici olan oyun
14 nəfər 1922 (İttihatspor stadionu)

Derbilərdə ard-arda en cox qalib gələn komanda 
«Qalatasaray» 7 oyun (1909-1913)

Bütün İstanbul derbilərində («Beşiktaş» klubu ilə olan oyunlar da daxil olmaqla) ard-arda ən çox məğlub olan
«Fənərbaxça» – 18 oyun (1942-1946)