vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
21:57 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 2533 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cim-Bom»un uruqvaylı ulduzu

Qalatasaray gənc futbolçu ilə prinsip anlaşması saxlayıb

MÜŞFİQ

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin «Qalatasaray» klubu qış transferində olduğu kimi, mövsümün sonunda da dünyada gələcəyi parlaq olan gənc yetənəklərin tapılması və onların transferini planlaşdırır.

Qış transfer pəncərəsində 5-i gənc olmaqla 9 futbolçunu heyətinə qatan «sarı qırmızılı»lar mövsümün sonunda bu taktikanı davam etdirmək niyyətindədirlər.

Vaxt.az bildirir ki, türk mediasında klubun «skout» heyətinin bir futbolçunu artıq gözaltı etməsi barədə məlumatlar verilir. Hətta bəzi mənbələr 19 yaşlı futbolçuyla hər mənada anlaşma saxlandığını qeyd edir və ilkin müqavilə imzalamaq üzrə olduğunu da bildirirlər. Gələcəyin ulduzlarından hesab edilən bu futbolçu Uruqvayın «Defensor Sporting» klubunda forma geyir. «Qalatasaray»ın əsas qapıçısı Fernando Musleranın həmyerlisi həm hücumçu mövqeyində və həm də yarımmüdafiənin hər iki qanadlarında oynamağı bacarır.

Gorgion De Araskitlə (Giorgion De Arrascaete) Braziliyada keçiriləcək Dünya Çempionatından sonra rəsmi müqavilə imzalanacaq. Son mövsüm «Defensor Sportinq»də 26 oyunda forma geyən Gorgion 6 qol və 9 asistə adını yazdırıb. Gənc hücumçu bu göstərici ilə Uruqvay millisinə də yüksəlməyi bacarıb. Futbolçunun Mundialda daha çox parlaması gözlənilir.