vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
23:53 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 2034 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uruqvay futbolu təhlükədə

Ölkə millisi DÇ-2014-ə qatılmaya bilər

MÜŞFİQ

MÖVZU İLƏ ƏLAQƏLİ

Uruqvay futbolunda böyük böhran yaranıb. Bu günlərdə ölkənin «Nasional» və «Neweles Old Boys» klublarının qarşılaşması zamanı baş verən xoşagəlməz olaylar 40 polis yaralanması ilə nəticələnib. Bu isə prezident Joze Mujika Libertadoresi hövsələdən çıxarıb.

Vaxt.az xarici mətbuata istinadən xəbər verir ki, prezident baş verən faciədən sonra narazılığını bildirib və radikal qərarlara baş vuracağı xəbərdarlığını edib. Prezident açıqlamasında bildirib ki, «bundan sonra radikal azarkeş qruplarına malik olan «Nasional» və «Penarol» klublarının oyunları polis təhlükəsizliyi ilə təmin olunmayacaq».

Bu qərar Uruqvay Futbol Federasiyasında (UFF) şok effekti yaradıb. Qurumun idarə heyəti qərara etirazlarını bildirmək məqsədilə kütləvi istefaya qərar verib. Bundan başqa adıçəkilən klubun futbolçuları da təhlükəsizliyin olmayacağı təqdirdə meydançaya çıxmayacaqlarını bildiriblər.

Prezidentinin bu radikal qərarından sonra Uruqvay millisinin 2 ay sonra Braziliyada keçiriləcək Dünya Çempionatına qatılmaması riski yaranıb. UFF-da baş verənlərə FİFA da biganə qalmayıb. Kütləvi etiraz olayını nəzarəti altına alan qurum istefalarda ölkə rəhbərliyinin federasiyaya müdaxiləsini araşdıracaq. Xatırladaq ki, dövlət və hakimiyyət orqanlarının futbol federasiyalarının fəaliyyətinə müdaxilə məsələsinə FİFA olduqca həssas yanaşır.