vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QƏZA, FACİƏ  
22:24 | 6 aprel 2014 | Bazar Məqaləyə 2356 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qara qutunun siqnalları araşdırılır

Rəsmilər bunların Malayziya təyyarəsindən gəldiyini təsdiq edə bilmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Hind okeanının dərinliklərindən aydın siqnallar qeyd edilsə də, rəsmilər elektron siqnalların itmiş Malayziya təyyarəsinin qara qutusundan gəldiyinə hələ əmin deyillər.

Dənizin dibində səsləri müəyyən edə bilən müasir qurğularla təchiz olmuş Avstraliya gəmisi «Boing 777» tipli təyyarənin uçuşu haqda məlumatın yazıldığı qara qutudan gələ bilən siqnalı qəbul edib. Çin gəmisi bu siqnalları cümə və şənbə günləri axtarılan ərazidən kənarda qəbul etmişdi.

Malayziyanın mülki aviasiya agentliyinin başçısı Əzhəruddin Əbdül Rəhman rəsmilərin təxminən bir ay bundan əvvəl itkin düşmüş təyyarənin axtarışında mühüm dönüş yaradacağına ümid etdiklərini bildirib. Malayziya hava yollarına məxsus təyyarə 239 sərnişinlə Kuala Lumpurdan Pekinə istiqamət götürmüşdü. Rəsmiləri hələlik siqnalların təyyarədən gəldiyini təsdiq edə bilmir.

Bundan öncə beynəlxalq axtarış qrupunun başçısı, təqaüddə olan Avstraliya hava qüvvələrinin marşalı Anqus Hyüston mətbuat konfransında deyib ki, Çin gəmilərinin aydın siqnallar eşitməsinə baxmayaraq, bu siqnalların Malayziya təyyarəsinə aid olduğunu demək hələ tezdir.