Le Pendən Makrona çağırış
Fransada ifrat sağçı lider siyasi labirintdən çıxmaq üçün prezidentə referendum keçirməyi təklif edib
Marin Le Pen prezident Makronu heç bir partiya və ya ittifaqın mütləq çoxluğa sahib olmadığı növbədənkənar seçkilərdən sonra hökumətin qurulması prosesinin davam etdiyi ölkədə referendum keçirməyə çağırıb.
Fransada ifrat sağçı Milli Birlik (Rassemblement National – RN) Partiyasının Parlament Qrupunun sədr müavini Marin Le Pen heç bir partiyanın və ya ittifaqın mütləq çoxluğa sahib olmadığı erkən seçkilərdən sonra hökumət qurulması ilə bağlı davam edən siyasi çəkişmələrin arından prezident Emmanuel Makronu ölkənin düşdüyü labirintdən çıxmaq üçün mühüm məsələlər üzrə referendum keçirməyə çağırıb.
Milli mətbuatda yer alan xəbərə görə, keçmiş prezidentliyə namizəd və RN-nin aparıcı siması Le Pen Fransada ifrat sağçıların ən çox səs qazandığı Henin-Beaumont şəhərində siyasi vəziyyətlə bağlı mətbuata açıqlama verib.
Makronun parlamentin ən böyük siyasi ittifaqı olan Yeni Xalq Cəbhəsinin (Nouveau Front populaire – NFP) respublika ənənəsinə uyğun olaraq sağ mərkəzçi Mişel Barnieri baş nazir təyin etdiyi yeni hökuməti dəstəkləməyəcəyini açıqlaması yeni hökumətin taleyini qırılma nöqtəsinə gətirib. Sağçılar yeni hökumətə səs vermək üçün immiqrasiya və təhlükəsizlik kimi mühüm məsələlərdə anlaşma olacağı təqdirdə Barnier hökumətinə “hə” deyəcəklərini bildiriblər.
Le Pen referenduma işarə edərək, Makronun erkən ümumi seçkilər təyin etməklə ölkəni sürüklədiyi xaosda hələ də demokratiyanı yaşatmaq üçün variantların olduğunu bildirib.
Heç bir partiyanın və ya ittifaqın mütləq çoxluğa malik olmadığını və parlament masasının 3 əsas ittifaqın formalaşdırdığını nəzərə alan Le Pen, mühüm siyasi məsələlərlə bağlı referendumla hökumətin çıxılmaz vəziyyətdən xilas ola biləcəyini bildirib.
Le Pen birbaşa qərar vermə səlahiyyətinin xalqın öhdəliyinə buraxılmış istənilən yanaşmanı qeyd-şərtsiz dəstəkləyəcəyinə söz verib.
Barnier hökumətinə əvvəlcədən “yox” deməsə də, Le Pen “Fransızlar unudulsa və ya qurban olarsa, hökumətin əleyhinə səs verməkdən çəkinməyəcəklərini” deyib və bir il ərzində yeni seçkilərin keçirilməsinə ümid etdiyini bildirib.
Le Pen, partiyasının ən çox səs topladığı seçkilərdən sonra seçkilərin mümkün qədər tez keçirilməsinin daha yaxşı olacağını, lakin Makron və solçuların mümkün ifrat sağçı hökumətin qarşısını almaq üçün ikinci turda üstüörtülü şəkildə əməkdaşlıq etdiyini şərh edib.
“Bu yaxşıdır, çünki düşünürəm ki, fransızların (parlamentdə) aydın çoxluğa ehtiyacı var”, – Le Pen deyib.
Bundan əlavə, Le Pen Barnierin qurduğu yeni hökumətdə iştirak etməyəcəklərini bəyan edib.
Fransada Makron Milli Məclisi buraxdıqdan və növbədənkənar ümumi seçkilər təyin etdikdən sonra ən tez bir il ərzində yenidən seçkilər keçirilə bilər.
İyunun 30-da keçirilən seçkilərin birinci turunda ifrat sağçı partiyanın 33 faizdən çox səslə birinci partiya olduğu zaman Makron cəbhəsi və solçu ittifaq səssizcə əməkdaşlıq edərək ifrat sağçı namizədlərə qarşı qalib gəlmə ehtimalı daha yüksək olan sol partiyaların namizədlərini dəstəkləyib..
***
Solçu NFP-nin ən çox mandat qazandığı seçkilərdə heç bir partiya və ya ittifaq 289 millət vəkilinin mütləq əksəriyyətini qazana bilmədi və seçkilər Fransa tarixindəki ən parçalanmış parlament mənzərəsini ortaya qoydu.
Makron seçkilərdə qalib gələn solçu alyansın vahid namizədi Lüsi Kastetsi təyin etməkdən imtina edib və sağ mərkəzdən Mişel Barnieri baş nazir təyin edib.