vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
10:49 | 10 aprel 2014 | Cümə axşamı Məqaləyə 1402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O, hələ o səviyyədə deyil ki, ...»

Nazir müavini Amerikalı həmsədri aşağıladı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ceyms Uorlik hələ o səviyyədə deyil ki, onun hansısa düzgün olmayan şərhini mən şərh edim. Məncə Uorlik Minsk Qrupunun sənədlərini daha yaxşı oxumalı, bilməli, öyrənməli, sonra əsaslı mübahisəyə girməlidir». APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

ATƏT-in Minsk Qrupunun Amerikadan olan həmsədri Ceyms Uorlikin münaqişənin Dağlıq Qarabağ və Azərbaycan arasında olmasına dair sözlərinə münasibət bildirən A. Əzimovun fikrincə, Ceyms Uorlik Ermənistana təsəlli vermək üçün bu bəyanatı səsləndirib: «Çünki Ermənistanın siyasi mövqeyində əsas element odur ki, Dağlıq Qarabağın separatçı rejimini hansısa «dövlət vahidi» kimi təqdim etsin. Onlar belə fikirləşirlər ki, münaqişənin tərəfi olaraq qəbul edilsələr, sonrakı mərhələdə münaqişənin həlli ilə bağlı sazişin imzalanmasına da dəvət olunacaqlar və guya hansısa beynəlxalq hüquq çərçivəsində subyekt kimi qəbul olunacaqlar. Bu, heç düzgün deyil. Aydındır ki, münaqişə Azərbaycanla Ermənistan arasında gedir. Həm də aydındır ki, 30 minlik kiçik bir etnik qrupunun hansısa bir məntəqədə yaşaması onun bu əraziyə iddiasına heç bir hüquqi əsas yaratmır. Azərbaycan Dağlıq Qarabağda yaşayan dinc erməni əhalisini öz vətəndaşlığında saxlamaq niyyətini həmişə bildirib və təsdiqləyib. Əlbəttə ki, onların gələcəyi və hansısa məsələlərin müzakirəsi üçün Azərbaycan tərəfi mərkəzi hökumət olaraq həmişə hazır olacaq».

A. Əzimov bildirib ki, münaqişənin həllində mərhələlər var: «Hazırkı mərhələ işğal mərhələsidir və işğalı aradan götürmək üçün Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir. Bu məqsədlə Azərbaycan Ermənistan tərəfi ilə müzakirələr aparmaqdadır. Ermənistanın Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsindən ərazi iddialarını örtmək üçün istifadə etmək cəhdləri isə məncə ciddi qurulmayıb və çox yaxşı görünən bir faktdır. Ermənistanın bu iddialarına və ona təsəlli verməyə çalışan Ceyms Uorlikin sözlərinə ciddi baxmayın. Ceyms Uorlik Minsk Qrupunun həmsədridirsə, Minsk qrupunun mandatını və konfransının quruluşunu yaxşı bilməlidir. Konfransın quruluşuna görə, Dağlıq Qarabağ əhalisinin nümayəndələri maraqlı tərəf kimi prosesdə iştirak etməlidir. Bu, həm azərbaycanlılara, həm ermənilərə aiddir. Azərbaycan bu formatdan heç vaxt boyun qaçırmayıb. Minsk Qrupunun formatı var, növbəti mərhələdə işğal bitəndən sonra həmin bu tərkib yığışacaq və həm azərbaycanlıların, həm ermənilərin iştirakı ilə müzakirələr aparılacaq».