BMT-dəki nümayəndəmiz niyə dəyişdirilib?
«Azərbaycanı Gömrük İttifaqı, Avrasiya Birliyinə qoşmağa çalışırlar»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
BMT kürsüsündə komik an
Susayan Haiti lideri Fils suyu küpdən içib
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
“Cəsarət və liderlik lazımdır”
Şarl Mişel: “BMT TŞ-də daimi yer imtiyaz deyil, məsuliyyətdir”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
BMT Baş Assambleyasının iclası başlayıb
Dünya liderlərini bir araya gəlib
-
“Dünya müharibəsinin qarşısını ala bilərik”
BMT-nin baş katibi Quterreş: “Veto hüququnu bəyənmirəm”
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“Nüvə silahı mövzusu narahat edir”
BMT: “Yanlış hesablama ödəyə bilməyəcəyimiz nəticələr doğura bilər”
-
“De minimis” istisnalar ləğv olunur
ABŞ administrasiyasından Çin e-ticarət platformalarına zərbə
-
BMT Təhlükəsizlik Şurasında islahat
Qurumun nizamnaməsində dəyişiklik gözlənilir, iki Afrika ölkəsinə vetosuz daimi üzvlük təklif ediləcək
-
“BMT sülh üçün var”
Quterreş: “Biz çoxtərəfli institutları bugünkü reallıqlara uyğunlaşdırmalıyıq”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
«Azərbaycanın tərəfsiz mövqe ortaya qoyması imkan verir ki, Rusiya bu gün Azərbaycana qarşı hələlik geniş miqyaslı informasiya müharibəsinə keçsin». Bu sözləri «Axar.az»a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.
O, Rusiyanın son günlərdə aktivliyinin əsas səbəbinin Azərbaycana öz şərtlərini diktə etmək olduğunu deyib: «Ukrayna hadisələri baş verəndə biz demişdik ki, növbəti hədəf Azərbaycandır. Rəsmilər səs salmışdılar ki, bunların hamısı yalnız təxribatdır, boş söhbətdir. Ümid edirəm ki, onların «yalnız» dedikləri bu idi. Nə baş verdiyinə özləri diqqət yetirirdilər və təhlükəni nəzərə alırdılar. Azərbaycanın tərəfsiz mövqe ortaya qoyması imkan verir ki, Rusiya bu gün Azərbaycana qarşı hələlik geniş miqyaslı informasiya müharibəsinə keçsin. Bununla da rəsmi Bakını razı eləməyə çalışırlar ki, Rusiyanın diktə elədiyi şərtləri qəbul etsin. Səbəb isə aydındır. Bununla Azərbaycanı Gömrük İttifaqı, Avrasiya Birliyinə qoşmağa çalışırlar».
Vəfa Quluzadə haqlı çıxdı
Politoloq Azərbaycanın daxilində getdikcə Rusiyaya qarşı meylliliyin gücləndiyini qeyd edib: «Əgər hiss eləyirsinizsə, paralel olaraq Azərbaycanın daxilində də Rusiya meyllilik güclənir. Bu, həmin Rusiyanın beşinci kalonunun fəaliyyətidir. Zamanında hörmətli politoloqumuz Vəfa Quluzadə bu təhlükəni dilə gətirəndə bir çoxları buna istehza edərək gülürdülər. Amma o istehzaları eləyənlər yəqin indi anlayırlar ki, təhlükə nə dərəcədə realdır və artıq astanadadır. Yəni Rusiya bunun hamısını məqsədlərinə nail olmaq üçün edir. Azərbaycandan mövqe tələb edir. Mən istisna eləmirəm ki, bunun miqyası da getdikcə böyüyəcək».
Azərbaycana üç istiqamətdə hücum olacaq
Ə.Oruclu Rusiyanın bundan sonra Azərbaycana qarşı üç istiqamətdə hücuma keçə biləcəyini söyləyib: «Ukraynada açıq Rusiya işğalı oldu. Buna səbəb yaradan isə Krım yarımadasındakı rus donanması idi. Azərbaycanda Rusiyanın hərbi bazası yoxdur. Ona görə də ölkənin daxilinə təsir etmək üçün bir neçə digər vasitələr var. Bunlardan biri Rusiya kəşfiyyatının nəzarətdə saxladığı separatçılardır. Digəri isə Rusiya kəşfiyyatının və dövlət orqanlarının nəzarətdə saxladığı hakimiyyət daxili beşinci kolondur. Üçüncü isə Qarabağ münaqişəsidir».
Gürcüstanla münasibətlər gərginləşəcək?
O, hakimiyyət daxilindəki beşinci kolonun ölkənin Qərb istiqamətində addımlamasına maneçilik törətdiyini deyib: «Təbii ki, burada başqa amillər də rol oynaya bilər. Gürcüstandakı azərbaycanlılarla problemlərin yaradılması, Azərbaycan-Gürcüstan münasibətlərinin qarşıdurma həddinə çatdırılması, yaxud da Dağıstandakı azərbaycanlılara qarşı təxribatlar törədilməsi də bunların içinə daxil ola bilər. Rusiyanın təcavüzkar siyasət aparan dövlət kimi bu istiqamətdə potensialı tükənməzdir. Bu potensialın qarşısını almağın yeganə yolu Azərbaycanın alternativ tərəf olan NATO və Qərblə münasibətlərinin yaxınlaşdırılmasıdır. Amma çox təəssüf ki, hakimiyyət daxilindəki beşinci kolon Azərbaycanın bu istiqamətdə getməyə imkan vermir. Yəni burada sistemli fəaliyyət göstərir. Dəqiq proqnoz vermək çox çətindir. Amma bu gün hesab edirəm ki, hər şey siyasi iradədən asılıdır».
BMT-dəki nümayəndəmiz niyə dəyişdirildi?
Politoloq NATO-nun Azərbaycana yalnız xarici siyasətini tam müəyyənləşdirdiyi zaman təminat verə biləcəyini vurğulayıb: «Təminat vermək o halda olur ki, ölkə xarici siyasətini müəyyənləşdirib ortaya qoysun. Olmayan mövqeyə necə təminat verəsən? Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünə səs verir. Aradan beş gün keçmiş Azərbaycanın BMT-dəki nümayəndəsi dəyişdirilir. Bu isə heç nə ilə izah olunmur. Bax, mən beşinci kolonun fəaliyyəti deyəndə bunu nəzərdə tuturdum. Dünən Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünə səs verir, sabahısı gün Avropa Şurasında tərəfsizlik nümayiş etdirir. Təminatı mövqeyə verirlər. Burada mövqe yoxdur».
Qeyd edək ki, son üç gün ərzində Azərbaycana qarşı Rusiya tərəfindən informasiya müharibəsi genişlənib.