«6 azdır, sən daha çox türk öldürməlisən»
Georgi Vanyan: «Əgər biz hüquqi dövlətdə yaşasaydıq, efir vasitəsilə terror yayan jurnalisti çoxdan həbs etmişdilər»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Heç kimə bəlli deyil”
Petrosyan Paşinyanın Qarabağ proqramından danışdı
-
“Axsaq atın kor nalbəndidir”
Yaxud Ermənistan hökumətinin proqramı - müxalifətin ilk çıxışı, maliyyə problemi
-
Köçəryana qarşı ifadələr?!
İrəvanda yüksək vəzifəli məmurlar dindirilir
-
Rusiyadan Sərkisyana daha bir zərbə
Karapetyan respublikaçıların sıralarından çıxdı
-
Ermənistan qurtuldumu?
Hər şey ondan asılıdır ki, gərək, proseslər başa çatsın və kimin kim olduğu bilinsin
-
Paşinyan İrəvanı yenidən ayağa qaldırdı
Etrazçılar aeroport yolunu bağladı, indi də Karapetyana qarşı
-
Rəsmi Bakı Xocalı canisi üçün hərəkətə keçə bilər
Ekspert: “Sərkisyanın hər hansı bir ölkədən Azərbaycana gətirilməsi mümkündür”
-
“Qarabağda hər an döyüş başlaya bilər”
Polkovnik Şair Ramaldanov: “Ermənistanın rəhbəri dəyişsə də, siyasəti dəyişməyib”
-
Sərkisyanın şərəfinə “son zəng”
Erməni qadınlar İrəvanda “qazan döyəcləmə” aksiyası keçirdi
-
“Ümidlənməsinlər”
Nikol Paşinyan Ermənistanın hakim partiyasına yeni ultimatum verdi
-
“Bəs sonra nə olacaq?”
İflic olmuş İrəvanda təşvişə düşən Sərkisyan soruşur ...
-
İrəvanın İran «nəfəsliyi» kiçilir
Ermənistanın cənub qonşumuzla iqtisadi əlaqələri keçən il minimuma, yeni dəmiryolu layihəsi isə düyünə düşüb
-
Qarabağ klanının ağlında daha nələr var?
Sərkisyan bilir ki, onun ölkəsi heç vaxt Azərbaycan qədər varlı və güclü olmayacaq
-
2035-ci ildə Ermənistan əhalisi 2,5 milyonadək azala…
… Azərbaycanda isə bu göstərici 12 milyona çata bilər
-
Sərkisyan hərbi xərcləri artırır
82 milyon, yaxud 17.6 faiz
-
«Burada əsl bardakdır...»
Ermənistanın hava limanlarında bilet xaosu, düşmən ölkə sosial-siyasi partlayış ərəfəsində
Erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan Ermənistanda azərbaycanlıara qarşı aparılan nifrət təbliğatı barədə danışıb. Virtualaz.org saytının xəbərinə görə, G.Vanyan epress.am saytının «İnformasiya müharibəsi» verilişində çıxış edərkən erməni insan haqları müdafiəçilərini tənqid edib.
«Azadlıq uğrunda mübarizə aparanların çoxu heç Serj Sərkisyandan fərqlənmir. Onlar Avropa paytaxtlarında beşulduz otellərdə treninqlər keçirirlər, sərhəddə isə insanlar müdafiəsizdir. Mən hesab edirəm ki, bədbəxt insanların sayəsində yüksək qonorarlar alıb bahalı otelləri dolaşanlar ölənlərin ruhunu təhqir edir. Bunu dinc şəraitdə müharibənin davamı kimi görürəm.
Deyirlər ki, sülhyaratma təhlükı altındadır. Onu nə təhdid edir? Bəyən İrəvan küçələrində Azərbaycan dilində kitabları satanı həbs edəndə o, təhdid altında deyildi? Axı o neyləmişdi? Çörək pulu qazanırdı, təbliğ etmirdi ki... Satırdı. Bəyəm bu, dialoqa mane olmur?» - deyə G.Vanyan sual edib.
Georgi Vanyan daha sonra Ermənistan televiziyalarında aparılan nifrət təbliğatı haqda danışıb. Deyib ki, 4 yaşlı erməni uşağını televiziyalara çıxarıb ondan böyüyəndə neçə türk öldürəcəyini soruşurlar: »Budur, reportaja baxıram. Uşaqdan soruşurlar ki, neçə yaşın var, cavab verir 4. Soruşurlar ki, böyüyəndə nə olacaqsan. Deyir sərhədçi. Nəyə görə? Uşaq çaşıb deyir ki, türkləri qorumaq üçün. Aparıcı dərhal müdaxilə edir: «Kimi, kimi? Yox, yox, erməniləri qorumaq, türkləri öldürmək üçün». Ardınca soruşur: «Balaca, böyüyəndə neçə türk öldürəcəksən?» Uşaq deyir 6. «Yox, sən daha çox türk öldürməlisən, 6 azdır». Uşaq da deyir hə, öldürəcəm...
Bəs bu, dialoqa mane olmur? Siz bu 4 yaşlı uşağın gələcəyini düşünün. Dəyərlər sistemi olmayacaq. Onun dəyərlər sistemi türkləri öldürməklə məhdudlaşır, onun üçün dəyər ancaq öldürməkdir. Əgər biz hüquqi dövlətdə yaşasaydıq, o jurnalisti çoxdan həbs etmişdilər. Çünki açıq-aşkar terrorçuluqla məşğul olur, o, uşağın qəlbini terror edir, efir vasitəsilə terror yayır».
Qeyd edək ki, G.Vanyan bundan əvvəl sülh tərəfdarı kimi çıxış etdiyi üçün Ermənistanda dəfələrlə təqiblərə məruz qalıb. İki il əvvəl hüquq müdafiəçisinin başçılıq etdiyi təşkilatın təşəbbüsü ilə Ermənistanda Azərbaycan filmlərinin nümayişini təşkil etməyə cəhd ediləndə böyük qalmaqal qopmuşdu. G.Vanyanı film festivalının keçiriləcəyi Gümrü şəhərindən qovmuşdular. Hakim Respublika Partiyasından deputatlar, hətta erməni din xadimləri onu öldürməklə hədələmişdilər. Hakim partiyanın deputatları, Gümrü meri və digərləri Vanyanın «dərisini soymaqla», «dilini kəsməklə» və s. hədələmiş, ondan Ermənistandan rədd olub getməyi tələb etmişdilər. (Virtualaz.org)