vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
KİNO-TEATR  
22:05 | 15 iyun 2014 | Bazar Məqaləyə 1717 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azdrama»da azdırma cəhdi

120 illik yubileyi zamanı karifey sənətkarın ruhuna hörmətsizlik edilib

Bahar RÜSTƏMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün öncə Akademik Milli Dram Teatrında əfsanəvi aktyor Ağahüseyn Cavadovun 120 illik yubileyinin keçirilməsiylə bağlı məlumat vermişdik. «Azdrama»dan AzNews.az a daxil olan məlumata görə, yubiley tədbirində mərhum aktyorun qohumlarıyla teatr rəhbərliyi arasında qalmaqal yaranıb.


Belə ki, yubileyin sərəncama əsasən geniş şəkildə və teatrın səhnəsində keçirilməsi nəzərdə tutulsa da, bu, belə olmayıb. Mənbə qeyd edir ki, rəhbərliyin göstərişinə əsasən tədbirin səhnədə deyil, foyedə keçirilməsi Ağahüseyn Cavadovun qohumlarının etirazına səbəb olub. Bundan sonra mədəniyyət ocağının süpürgəçiləri və digər texniki işçilər də mərasimə cəlb olunublar ki, daha «sanballı» ab-hava yaransın. Amma bundan sonra vəziyyət bir qədər də dramatikləşib. Qohumlar teatrın rəhbərliyinə «heç olmasa ayrılan pulu yubileyə sərf edərdiniz, qonaqlar dəvət edərdiniz, belə yubiley kimə lazımdır?!» - deyərək, teatrı tərk ediblər.

Qeyd edək ki, yaxın günlərdə sözügedən məsələylə bağlı videogörüntüləri də sizə təqdim edəcəyik.