«Sənətkarın mövqeyi olmalıdır»
Fuad Poladov: «İnsanlar deyə bilmədiklərinə görə ölürlər»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... Bu Natəvanə görüb onları rəva, getmə!
İlyas Əfəndiyevin tarixi dramı yeni yozumda səhnəyə gəldi...
-
Rejissorlar ona həmişə rol verirdilər
Təəssüf ki, belə istedad sahibinə kinoda ancaq kiçikplanlı rollar həvalə olunub
-
“Manqurt” AzDramada
Teatr Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanını səhnələşdirdi
-
Sənət və ailə sevgisini eyni paylaşan aktrisa
Xalq artisti Sofiya Bəsirzadənin 100 illiyi qeyd olundu
-
AzDramada yeni tamaşa
Çingiz Aytmatovun məşhur romanı səhnələşdirilib
-
«Oğlumun toyunu görmək istəyirəm»
Fuad Poladov: «Mədəniyyət Nazirliyi deyilən bir orqan tanımıram»
-
Fuad Poladovun hamını təəccübləndirən bir cümləsi...
Tanınmış sənətkar niyə «mənə baş çəkməyə gələnlərin adını çəkmək istəmirəm» deyib?
-
Ciddi sənət sıradan çıxarılır
Peşəkarlıq görülən işin səviyyəsini təyin edən amil deyil, bazar iqtisadiyyatının şərtləridir
-
«Sirkə baxmaq üçün dərsdən qaçdım»
Sabir Məmmədov: «Yeməyimiz olmayanda, başqa uşaqların yeməyini oğurlayırdıq»
-
Hamlet Xanızadə 75 yaşına çatdı, amma...
49 illik ömrə sığdırılan qəhrəmanlar
-
«Axı sən mənim üçün ölə bilməzsən»
Sənubər İsgəndərli: «Əvvəllər həyat indiki kimi cah-cəlallı deyildi»
-
«Maaşların az olması məni narahat edir»
Bəhram Bağırzadə: «Məmur işləyib xalqın pulunu mənimsəyə bilmərəm»
-
«Fuad Poladov teatrı tərk eləyirsə... »
Aydın Talıbzadə: «Bacarıqsız olduğumuzdan bundan da faydalana bilmirik»
-
«Əcəb edib gedib»
Rasim Balayev Xalq artistinin müdafiəsinə qalxdı
-
«Azər Paşa Nemətovu təbrik etmədiyim üçün məni işdən çıxardı»
«Azdrama»dakı qalmaqalın ilginc təfərrüatı
-
Xalq artisti davranışı
Fuad Poladov «Azdrama»dan istefa verdi
Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından istefasının doğurduğu əks səda davam edir. İndi Fuad Poladov susmağa üstünlük versə də 3 il bundan əvvəl Kulis.Az-a verdiyi müsahibədə sənətkarın ictimai mövqeyi, sənətdə fikir plüralizmi haqqında danışıb. Məsələnin aktuallığını nəzərə alaraq müsahibədən bir hissəni təqdim edirik.
- Necə düşünürsünüz, sənətkarın, yaradıcı adamın ictimai mövqeyi olmalıdırmı? Həmkarlarınızın çoxu deyir ki, sənətkar yalnız sənəti ilə məşğul olmalıdır...
- Sənətkarın ilk növbədə mövqeyi olmalıdır ki, sonra ictimai mövqeyi də olsun. Xüsusən də yaradıcı adamın. Sadəcə bizdə buna düzgün yanaşmırlar, o saat bunu siyasətə, müxalifətə bağlayırlar. Əgər ölkədə fərqli düşünən, başqa cür danışan adamlar varsa, bunun nəyi pisdir? Yeri gəlmişkən, Gənc Tamaşaçılar Teatrında bir aktyor vardı, İlqar Cahangir, bir müsahibəyə görə çıxardılar işdən. Çox da istedadlı aktyordur. Belə insanların qol-qanadını sındırıb, inkişafdan saxlayırlar. Yaradıcı adamın fikrini sıxmaq, qolunu-qanadını sındırıb ondan necə sənət tələb edə bilərsən? Rusların bir maraqlı ifadəsi var: «Palyot mısli» – fikir uçuşu. Bunun qabağını almaq günahdı sadəcə. Bir yaxşı atalar misalı da var «Ətrafda hamı hinduşkadırsa, qartallarla cütləşmək çətindir». Özü də bu qadağaları kim qoyur? Onu başqa yerlərə kim yozur? O adamlar ki, yerinə, mənsəbinə, kreslosuna görə qorxurlar.
Rəngarənglik, zənginlik, fikir müxtəlifliyi yalnız sözdə olmamalıdır. Yoxsa tamaşa, əsər və ya film cəmiyyətə necə toxuna, əks-səda doğura bilər? Senzura ləğv olunur, amma adamların daxilində bir senzura yaradırlar.
- Bəs sizdə yarada bilməyiblər?
- Mənim təbiətim gəncliyimdən belə formalaşıb: desəm öldürərlər, deməsəm ölləm. Ölkədə çoxlu ölüm hadisələri olur. Bilirsiniz niyə? İnsanlar deyə bilmədiklərinə görə ölürlər. Onsuz da ölürsən, elə deyib ölmək daha yaxşı deyilmi? Deni Didronun bir sözü var, deyir biri var, böyrək daşından, öd çatışmazlığından, lap elə ürək çatışmazlığından öləsən, bir də var, ideya uğrunda öləsən. Öləndə də biləsən nəyə görə ölürsən.