vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SƏNƏTÇİ  
21:24 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 5029 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hamlet Xanızadə 75 yaşına çatdı, amma...

49 illik ömrə sığdırılan qəhrəmanlar

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 3-də saat 15:00-də Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Hamlet Xanızadənin 75 illik yubileyi ilə bağlı anım mərasimi keçiriləcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə aktyorun Azərbaycan kinosu və teatrının inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcək, sənətkarın çəkildiyi filmlərdən və teatr səhnəsində rol aldığı tamaşalardan parçalar göstəriləcək.

Tədbirin rejissoru Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərli, rəssamı İlham Elxanoğludur.

Hamlet Xanızadə 1941-ci il iyunun 5-də Bakının Şağan kəndində doğulub.

1965-ci ildə Dövlət İncəsənət Universitetini bitirib.

Tələbəykən Dövlət Akademik Milli Dram Teatrına dəvət olunub.

Qeyri-adi istedadı ilə milyonlarla tamaşaçıların, dinləyicilərin, kinosevərlərin məhəbbətini qazanmış Hamlet Xanızadənin yaratdığı unudulmaz obrazlar milli teatrın həyatında hadisəyə çevrilib.

Hüseyn Cavidin «İblis», «Xəyyam», «Topal Teymur», Səməd Vurğunun «Vaqif», Cəlil Məmmədquluzadənin «Dəli yığıncağı», Nazim Hikmətin «Şöhrət və ya unudulan adam», Şekspirin «Antonio» və başqa tamaşalarda, «O qızı tapın», «Yeddi oğul istərəm», «Axırıncı aşırım», «Arxadan vurulan zərbə», «Qızıl uçurum», «İmtahan», «Göz qabağında şeytan balası», «Şəhərin yay günləri», «Babək», «Nizami», «Qətl günü» və onlarca filmdə yaddaqalan obrazlar yaradıb.

Cəmi 49 il ömür sürən Hamlet Xanızadə 1990-cı il fevralın 3-də vəfat edib.

Vəsiyyətinə görə Şağan kənd qəbiristanlığında dəfn olunub.