AFFA ayıldı
Güman edirik milli komandalarımız bundan sonra ac qalmayacaq
Rövşən ƏHLİMANOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sadəcə milli ruh ...
De Byazini böyük məşqçi olmasa da, ağıllıdır
-
Qələbələr serialı ...
Mikrouğurlar eyforiya yaratmamalıdır
-
Mxitaryanın bacısı, yoxsa AFFA ...
Kim ölkəsinin futboluna daha çox xeyir verir?
-
Azərbaycan yerini qorudu
“Qarabağ” heç-heçəsi nə qədər xal qazandırıb?
-
“Əfsanədən şeytana çevrilmək ağırdır”
Platini: “Ədalətin, nəhayət, zəfər çalmasına görə şadam”
-
“Hələ ölməmişəm ...”
Canni De Byazi: “Yeddi kiloqram arıqladım”
-
Yarasız əcnəbilərlə yollar ayrılır
Yeni rəhbərlik futbola nəzarəti Rövnəq-Elxan cütlüyündən almağa başlayıb
-
“Uşaqlar çox əziyyət çəkdilər”
De Byazi: “Start heyətdə meydana çıxanlar sonadək vuruşdular”
-
Tilsim qırıldı
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb
-
26 azərbaycanlını utandıran gürcü
Hazırkı Millətlər Liqasında Xviça təkbaşına 3 qol vurub, bizimkilərsə 0...
-
AFFA-dan aralanan uğur
... Yaxud federasiyaya bağlı olmayan çempionluq
-
... “Bizim vaxtımızda” nağılı
“Biri vardı, bir yoxdu”suz başlayan ...
-
Futbol yenidən bölgələrə qayıdır...
AFFA-da ciddi islahatlar aparılmasa, çox təhlükəli “oyun” oynanıla bilər
-
Bundan dibi yoxdur ...
Ölkədə bir köməyi dəymədi, heç olmasa ...
-
Əliyar Ağayevin yeyilən haqqı
... Yaxud Ştuklihi dayandırın, Elxan Məmmədov!
-
129-cu yer...
Bizdən geri olan Malta da, Latviya da bizə qalib gəlir
Futbol üzrə 17 yaşlardan ibarət Azərbaycan yığması Bosniya və Hersoqovinanın Sarayevo şəhərində təşkil olunan UEFA-nın inkişaf mini-turnirində iştirak edib. Futbolinfo.az xəbər verir ki, uğurlu nəticə qazanmayan yığmamızın şəraiti də ürəkaçan olmayıb.
Belə ki, futbolçular Sarayevoda yerləşən oteldə rahat qalmadıqları kimi, qidalanma da istənilən səviyyədə olmayıb. Hətta millinin bəzi üzvləri öz hesablarına qarınlarını doydurmağa məcbur olub.
Təfərrüatları öyrənmək üçün «U-17»-nin baş məşqçisi Mirbağır İsayevlə əlaqə saxladıq. O, xəbəri təkzib etməməklə yanaşı, məsələyə izahat da verməyə çalışdı: «Mən orada gördüyümü deyəcəm. İlk növbədə bu turnir AFFA tərəfindən təmin olunmamışdıq. Biz nə vaxt AFFA-nın hesabına hansısa turnirə, toplanışa gediriksə, 5 ulduzlu oteldə qalırıq və heç bir problemimiz olmur. Neçə dəfə Avropada toplanış keçmişik və problemimiz olmayıb. Amma bu turnir UEFA və Bosniya tərəfindən təşkil edilmişdi. İstər oyunlar olsun, istər oteldə qalmaq, istərsə də yemək onlar tərəfindən təmin edilirdi. Bəli, orada otel biz qaldığımız otellər kimi deyildi. Ancaq yeməklərə də həkim nəzarəti olurdu. Bütün komandalar bir yerdə çörək yeyib, eyni oteldə qalırdı. Heç bir komandaya ögey münasibət göstərilməyib. Bəlkə hansısa futbolçu narazılıq edib. Bu da onların şəxsi fikirləridir və hörmət edirəm. Ola bilər ki, onlar bundan yaxşı oteldə qalıb, daha yaxşı yemək yeyiblər. Onlardan hər dəfə hansısa problemin olub-olmamasını soruşduq. Düşünürəm ki, əgər belə hal olsa idi, onlar bizə deyərdilər».
Baş məşqçi etika xətrinə Sarayovada olanları gizlətməyə, onun işinin yalnız futbolçuların meydandakı işinə cavabdehlik olduğunu çatdırmağa çalışsa da, əslində, belə deyil. Bizə futbolçuların öz pulu ilə yemək alıb yediyi haqda xəbərlər daxil olmuşdu və bunun dəqiqliyinə əmin idik. Məşqçi isə düzgün qidalanmayan, dükandan aldığı kolbasadan yeyərək meydana çıxan futbolçuların bu problemlərini bilməli idi. Bəlkə də bilirmiş, amma İsayev bu haqda danışmamağı üstün tutdu.
AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun da məsələyə izahat verməsini istədik. Və aldığımız cavab bizi şoka saldı. Federasiya rəsmisi müraciətimizdən sonra bizə məsələni dəqiqləşdirib məlumat verəcəyini bildirdi. Bir müddət yenidən əlaqə saxladıqda isə təəccüblü cavab aldıq: «Məktub yazmışam, onlardan məsələ ilə bağlı cavab gözləyirik».
Maraqlıdır, AFFA jurnalistin müraciətindən sonra hansısa məsələni dəqiqləşdirmək üçün məktub göndərir. Görəsən, o qurumda oturanlar nə işlə məşğul olurlar? U-17 vətənə qayıtdıqdan sonra onlardan soruşan olmayıb ki, orada necə qaldınız, nə yediniz, nə içdiniz? Və ya komandayla gedən rəhbər şəxslər hara baxırmış? Yəqin ki, biz məsələni qabartmasaydıq, ancaq AFFA-nın toplanışlar, tədbirlər üçün ayırdığı pulu yeməklə məşğul olanlar bunun da üstündən keçəcək, növbəti turist səfərinin təəssüratları ilə yaşayacaqdılar.
Təxminən bir saatdan sonra AFFA-dan məsələ ilə bağlı saytımıza məlumat verildi. Federasiyanın sözcüsü Mikayıl Nərimanoğlu bunları bildirdi: «Bəli, belə bir hal olub. Biz may ayında keçirilən turnirə təşkilatçılıq edirdik. Buna görə də bütün məsələlər bizim öhdəmizə düşürdü. İndi də bu işlər Bosniyada həll olunur və burada AFFA təşkilatçılıq etmir. Turnir zamanı otel bizim xoşumuza gəlməmişdi. İndi də qızlar arasında eyni turnir keçirilir. Bu səbəbdən biz müraciət etmişik və qızlardan ibarət yığma komandanın qaldığı otel dəyişdirilib».
Biabırçılıqdı, vallah. Bizim müraciətimizdən sonra AFFA-dakılar ayılır ki, sən demə, 17 yaşlı oğlanların yarışında belə bir problem olub. Və məhz buna görə müraciət edəndə isə hesabat istəməkdənsə, UEFA-ya şıkayətlənməkdənsə, «əvəz-əvəz oyunu» oynayırlar. Yəni, oğlanların yarışının təşkilatçılığına görə narazıyıq, heç olmasa, qızlara daha yaxşı şərait yaradın. Görəsən, bu məsələnin üstünə düşülməsəydi, qızlardan ibarət komandamızı Bosniya və Hersoqovinada oğlanlarla eyni oteldə yatırtmazdılar ki?