vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AMERİKA  
11:05 | 18 iyun 2014 | Çərşənbə Məqaləyə 1471 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ səfirinin qətlində şübhəlilər tutulub

Senatorlar həbs olunanların Quantanamoya göndərilməsini istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Liviya paytaxtı Benqazidə dörd amerikalı diplomatın ölümü ilə nəticələnən hücumun təşkilatında şübhəli bilinən şəxs həbs edilib, Ağ Ev bildirir.


Əhməd Abu Xatala (Ahmed Abu Khattala) iyunun 15-də Liviyada gizli əməliyyat nəticəsində saxlanılıb və ölkədən kənarda təhlükəsiz əraziyə köçürülüb.

2012-ci ildə ABŞ səfiri Kris Steven (Chris Stevens) və daha 3 nəfər hücumda həyatını itirib.

«Əməliyyat hər hansı mülki hadisələrə səbəb olmayıb və bütün ABŞ heyəti Liviyanı tərk edib», Ağ Evin sözçüsü Con Kirbinin (John Kirby) açıqlamasında deyilir.

Əməliyyat barədə əlavə məlumat verilməsə də, hadisənin «Benqazi yaxınlığında» günorta vaxtı həyata keçirildiyi deyilir.

Məlumatdan sonra prezident Barak Obama əməliyyatçıların professionallığını tərifləyib.

«Amerikalılar hücuma məruz qalanda zamandan asılı olmayaraq hücumçuları tapacağıq və onları ədalətə gətirəcəyik», o bildirib.

FTB direktoru Ceyms Komey (James Comey) isə bildirib ki, digər şübhəlilər də tutulmayana qədər axtarışlar dayandırılmayacaq.

«Ədalət bərqərar olana qədər işləyəcəyik».

Cənab Abu Khattala Vaşinqton federal məhkəməsinin qərarı ilə hücum etməklə insan öldürmək terrorçulara maddi yardım maddələri altında ittiham edilir.

«Reuters» yazır ki, o hazırda ABŞ gəmisində saxlanılır. Bəzi Respublikaçılar, o cümlədən senatorlar Lindsey Graham (Lindsay Graham) və Con Makkeyni (John McCain) Əbu Xatalanın (Abu Khattalan) ABŞ-ın Quantanamo hərbi həbsxanasına göndərilməsini istəyir. ABŞ rəsmiləri isə bu istəyi rədd edib.

2012-ci il sentyabrın 11-də silahlılar Benqazidəki ABŞ konsulluğuna hücum edib və atəş açıb.

Səfir cənab Stivens ilə yanaşı, informasiya texnologiyaları mütəxəssisi Şon Smit (Sean Smith) və təhlükəsizlik işçiləri Tayron Vuds (Tyrone Woods) və Qlen Doherti (Glen Doherty) öldürülüb.