vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TƏDBİR  
13:11 | 20 iyun 2014 | Cümə Məqaləyə 2074 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Danışmasan, gecə yata bilməzsən?»

«O məktəblərdə oxuyanlar imkansız ailələrin uşaqları deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

Parlamentin iyunun 20-də keçirilən iclasında cari məsələlərin müzakirəsinə 40 dəqiqəyə yaxın vaxt ayrılıb. Spiker Oqtay Əsədovun cari məsələlərinin müzakirəsindən gündəliyə keçmək istəyərkən deputat Zahid Oruc söz almaq istəyib.


Bu zaman spiker «sən danışmasan, gecə yata bilməzsən?» deyərək Zahid Oruca söz verib.

Zahid Oruc isə «Çağ Öyrətim» məktəblərinin bağlanmasından danışıb: «Yəqin bilirsiniz ki, o məktəblərdə oxuyan uşaqlar heç də imkansız ailələrin uşaqları deyil, sizin, mənim kimi vəzifəlilərin övladlarıdır. Orda yaxşı təhsil verilirdi. Kifayət qədər uğurları var idi. Azərbaycanı təmsil edirdi. Orda təhsil alanlar kifayət qədər təhsilli uşaqlardır. Buna görə də gələcəkdə vəzifə karyeralarında bu məktəblərdə oxuduqlarına görə maneələrlə üzləşməməlidirlər.

Azərbaycan dövləti təhsil müəssislərinin bağlanmasında deyil, inkişafında maraqlıdır. Bu qərar Azərbaycana lazım deyildi. Əgər belə bir qərar qəbul edilibsə,  yəqin geniş izahı veriləcək». (Qafqazinfo)