vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
17:35 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2998 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bunu heç kimdən gizlətmirik...»

Lukaşenko Azərbaycana yeni silahlar satacaqlarına eyham vurdu: «Özümüzə haqq qazandırmağa da ehtiyacımız yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan və Belarus parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər». Virtualaz.org-un məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüş zamanı deyib.

«Hesab edirəm ki, parlamentlər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər. Mən parlament rəhbərləri və deputatların dediyinə çox önəm verirəm və dinləyirəm. Bilirəm ki, Prezident İlham Əliyev bu baxımdan çox demokratik insandır. Bir şey faydalı olarsa, həmişə onu dinləyir», - A.Lukaşenko deyib.

Prezident qeyd edib ki, Belarus və Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir, ölkələrimiz arasında isti və yaxın münasibətlər mövcuddur: «Biz bir birimizə tamamilə etibar edirik. Birgə müəssisələr yaradırıq, üçüncü ölkələrlə ticarət edirik. Azərbaycanlılar və belaruslar qardaşdır».

Qarabağ probleminə toxunan A.Lukaşenko qeyd edib ki, azərbaycanlılar sülhsevər xalqdır və münaqişə vəziyyətinə baxmayaraq, bu baxımdan tamamilə sülh mövqeyinə üstünlük verirlər.

Belarus prezidenti bir daha Azərbaycan Prezidentinə əməkdaşlığa görə minnətdarlığını bildirməyi xahiş edib: «Biz müəyyən etdiyimiz kursu davam etdirəcəyik», - A.Lukaşenko əlavə edib.

Görüşdə Belarus prezidenti Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişaf etdirildiyini də deyib. «Biz bunu heç kimdən gizlətmirik. Can atacağıq ki, sizin müdafiəniz daha da etibarlı olsun. Burada bizim bu və ya digər dövlətin qarşısında özümüzə haqq qazandırmağa da ehtiyacımız yoxdur», - Lukaşenko vurğulayıb.

Milli Məclisin sədri Oqtay Əsədov səfər zamanı göstərdikləri xoş və doğma münasibətə görə Belarus dövlətinin başçısına təşəkkür edərək, Azərbaycan Prezidenti İlham Əliyevin xoş və səmimi salamlarını ona çatdırıb.

Spiker qeyd edib ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirir. Bu gün ikitərəfli format demək olar ki, bütün sahələri əhatə edir və genişlənir.