vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TƏDBİR  
13:12 | 1 dekabr 2017 | Cümə Məqaləyə 3691 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Belə olmaz axı!»

Oqtay Əsədov deputatlara xəbərdarlıq etdi: «Daha bəsdirin!»

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü iclasında deputatlara telefonlarını söndürmədiklərinə görə irad tutub.

Oqtay Əsədov deyib: «Telefonlarınızı söndürün. Belə olmaz axı! Dəqiqədə bir zəng gəlir. Gəlin bir-birimizə hörmət edək».

Spiker deyib ki, dəfələrlə bu iradı səsləndirmək istəyib, amma özünü saxlayıb:

«Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam. Daha bəsdirin! Telefonları gətirirsiniz iclasa, dinmirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda qurdalanmağı yığışdırın! Diqqətiniz iclasda olsun!».

Xatırladaq ki, bir neçə ildir android tipli telefonların, smartfonların Milli Məclisə keçirilməsi qadağan edilib.