vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
15:17 | 25 iyun 2014 | Çərşənbə Məqaləyə 2053 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirin dediyi yeni plan nədir?

«Müzakirələr əsasən işğal altında olan 7 rayon üzərində qurulub»

Əli RAİS

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) iyunun 23-dəki çıxışından sonra Dağlıq Qarabağ münaqişəsi haqda suala cavab verərkən deyib ki, bu münaqişənin həlli istiqamətində plan artıq mövcuddur.


Yeni plan nədir?

Hafta.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, yeni plan dedikdə, burada Minsk Qrupunun natamam tərkibdə münaqişənin həllinə cəlb edilməsindən söhbət gedir. Yəni Rusiya və Fransa tərəfləri kompromisə getməyə çağıracaqlar. Prosesdə Rusiya başda olsa da, Fransa da münaqişənin həlli istiqamətində öz yardımını göstərəcək. Bu məqsədlə prezidentlərin görüş yeri kimi Paris seçilib. Yeni planda Rusiya daha çox Ermənistanı kompromisə getməyə dəvət edəcək. Münaqişənin həllində isə ilk addım kimi Dağlıq Qarabağın hüdudlarından kənarda olan yeddi rayonun azad edilməsi gündəmə gətiriləcək. Ancaq Dağlıq Qarabağın status məsələsi isə  sonrakı danışıqlar prosesinə saxlanılır. Hələ ki, məsələnin qoyuluşu belədir ki, Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilsin. Lakin bu dəqiqə müzakirələr əsasən işğal altında olan 7 rayon üzərində qurulub. Güman edirəm ki, Azərbaycan ilkin mərhələdə bu varianta razı olacaq. Qarabağın status məsələsi isə  tez də  həll edilə bilər, uzadıla da bilər. Bu Ermənistanın  hansı kompromislərə gedəcəyindən asılıdır. Yeni plan dedikdə Minsk Qrupunun tam heyətlə deyil, Rusiyanın aparıcı rolu və Fransanın dəstəyi ilə münaqişənin həlli üzrə danışıqlardan söhbət gedir».

Qeyd edək ki, bu gün prezident İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasının rəsmiləri ilə görüşləri keçirilib.