vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AVROPA  
10:39 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 2037 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropaya 590 milyonluq ziyan

Rusiya ittifaqdan donuz əti idxalını dayandırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Avropa İttifaqından (Aİ) donuz əti idxalına qadağa qoyub. Aİ Rusiyanın bu addımına görə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin həlli orqanına müraciət edəcək. Qeyd edək ki, Ukrayna böhranı ticarət mübahisəsini bir az da çətinləşdirib. Məlumatı «Euractiv» xəbər portalı yayıb.


Rusiya ÜTT-nin üzvü olduqdan bəri bu, Brüssel və Moskva arasında 2 il ərzində 5-ci mübahisədir. Polşa və Litvada Afrika donuz qızdırması yayıldığı üçün Kreml donuz əti idxalının rus istehlakçılarını təhlükədə qoymasından narahatdır.

Yanvarın 24-də xəstəlik təsdiqləndikdən sonra donuz əti daşıyan Aİ yük maşınları Rusiya sərhədlərindən buraxılmayıb. Aİ hesab edir ki, Afrika donuz qızdırması çox bölgələrdə yayılmadığına görə Rusiyanın qərarı ədalətsizdir.

Avropa Komissiyası bildirir ki, Moskva rəsmi olaraq tam qadağa qoymasa da, məhdudiyyətlər Avropanın donuz əti ixracatına 590 milyon avro ziyan vurub. Aİ-nin illik donuz əti ixracatının dörddə bir hissəsi Rusiyanın payına düşür.

«Rusiyanın Avropadan gələn donuz ətinə qadağası məntiqə sığmır. Bunun heç bir elmi əsası yoxdur. Bu artıq beynəlxalq ticarət qaydalarına ziddir. Avropanın ÜTT-nin mübahisələrin həlli panelini yaratmaqdan başqa yolu yoxdur», - Aİ-nin ticarət məsələləri üzrə komissarı Karel de Guht bəyanatında bildirib.

ÜTT-nin mübahisələrin həlli paneli 45 gün müddətinə çağırılır. Mübahisələri barışıq yolu ilə həll etməyə çalışan ÜTT-nin hökm çıxarmasına isə azı 1 il vaxt lazımdır. ÜTT beynəlxalq ticarət qaydalarına zidd olan məhdudiyyətlərin götürülməsi və ya kompensasiya ödənilməsi haqqında qərar verə bilər. Təqsirkar tərəf buna əməl etməsə, ÜTT əks tərəfin buna cavab olaraq, ticarət qadağaları tətbiq etməsinə icazə verə bilər.

Rusiyanın Krımı anneksasiyasına görə yaranan gərginlik mübahisənin həllini çətinləşdirib. Xatırladaq ki, Aİ bəzi Rusiya rəsmilərinin hesablarının dondurulması və  viza qadağalarının tətbiq olunmasına qərar vermişdi.

Rusiya bildirir ki, xəstəliyin birdəfəlik yoxa çıxması üçün bütün Aİ ərazisində karantin işləri görülməlidir. Rusiyanın Aİ nümayəndəsi qadağanın götürülməsinin «ciddi məsuliyyətsizlik» olduğunu bildirib.

Aİ rəsmiləri hesab edirlər ki, Ukrayna Rusiyanın Avrasiya Gömrük İttifaqı yerinə Aİ ilə azad ticarət sazişi bağlamağa təhrik olunduğu üçün Rusiya belə edir.

Qeyd edək ki, iyunun 27-də Brüssel sammitində Aİ liderləri Ukrayna, Gürcüstan və Moldova ilə ticarəti və siyasi əməkdaşlıq sazişi imzalayıblar.

NÖVBƏTİ ADDIM:

10 iyul: ÜTT-nin mübahisələrin həlli orqanının xüsusi toplantısında güman ki, Aİ ilk dəfə ÜTT-nin mübahisələrin həlli panelinin yaradılmasını təklif edəcək.