Müsavatdan İbrahimbəyova xəbərdarlıq
“Çıxışlarında ehtiyatlı olmalıdır”
ANAR, aznews.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər işi mükəmməl edirdi...
Xalq artisti Rafiq Əliyev ömür-gün və sənət yoldaşlarının xatirəsində
-
Heydər Əliyev nə demişdi?
“SSRİ-ni yada salan heç bir sənədə imza atmaq, tədbirlərə qatılmaq lazım deyil”
-
“Moşenniklərə ...”
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
-
“İlham Əliyev dedi ki, dayandırın bu rüsvayçılığı!”
Rüstəm İbrahimbəyov: ““Qafqaz triosu” ekranlara çıxarkən başlayan hücumları prezident dayandırdı”
-
“Prezident Administrasiyasından zəng vurdular...”
Rüstəm İbrahimbəyov Bakıya gəlişindən danışdı
-
«Maraq o qədər də yüksək olmur»
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
-
Məşhədilərin son ümidi
Şura hökumətini tanımayan kərbəlayilər, Milli Şuraya biət edib
-
«5-10 adam gələcək»
YAP-dan Milli Şuranın mitinqinə münasibət
-
«Bəlkə də qaytardılar»
Araz Əlizadə: «AXCP-Müsavat cütlüyü ümidlə yaşayır»
-
Qanadsız dəvə...
...Və ya bir müxalifətçidən bir jurnalistə «demokratiya dərsi...»
-
«Heç biri ilə razı deyiləm»
Novella Cəfəroğlu: «Nə Xədicə İsmayılın, nə də Milli Şuranın siyahısını tanıyıram»
-
«Bakısız yaşamaq çox çətindir...»
Rüstəm İbrahimbəyov: «Səhhətimlə bağlı orada qalmalı oldum»
-
«Deputatlıqdan ləzzət alıram»
«Gedib orda-burda ticarətlə məşğul olaram»
-
«Əziyyət çəkirəm»
Rüstəm İbrahimbəyov ağır xəstəliyinə tutulub
-
«Mən satqın deyiləm!»
Partiya sıralarını könüllü tərk etmiş müsavatçı xanım etiraz etdi
-
Arif Hacılının yalanı
Müsavatçılar necə aldadıldı?
“Rüstəm bəyə məsləhət vermək kimi olmasın, ancaq mən istəyərdim ki, həm Rüstəm bəy özü, həm də onun yanındakı adamlar müəyyən məsələləri nəzərə almalıdır. Onlar bilməlidir ki, bundan sonra danışdıqları hər sözdə ehtiyatlı olmalı, sözləri diqqətlə seçərək istifadə etməlidirlər”.
Bu sözləri AzNews.az-a açıqlamasında Müsavat partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O, Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun dünən Azadlıq Radiosunda səsləndirdiyi bir sıra fikirlərə münasibət bildirib.Qeyd edək ki, R.İbrahimbəyov dünən “İşdən sonra” proqramına müsahibəsində onun Bakıya gəlməsini tələb edən şəxslərin ya provokator, ya da siyasətdən başı çıxmayan adamlar olduğunu demişdi: “Belə tələb irəli sürən adamların ağzından vurmaq lazımdır. Mən bu barədə çirkin məqalələr oxuyuram. Hamısı satqın adamlardır. Yeri gəlsə, o adamların ağzından özüm vuraram”.
G.Aslanlı bildirib ki, R.İbrahimbəyov bundan sonra elə çıxışlar etməlidir ki, heç kim onun sözlərindən istifadə edərək, hansısa mənfi mənalar axtarmasın.
Müsavat funksionerinin sözlərinə görə, R.İbrahimbəyov artıq sadəcə “Oskar” mükafatlı yazıçı yox, həm də Milli Şuranın vahid namizədidir, bu baxımdan seçki prosesini nəzərə alıb, çıxışlarında sözləri daha diqqətlə seçməlidir: “Mən Rüstəm müəllimin ədəbi üsulları çox yaxşı bildiyinə əminəm. O, “ağızlarından vurmaq lazımdır” ifadəsini də məhz ədəbi üsulda istifadə edib. Onu israrla Bakıya dəvət edən şəxslərin ağzından sözlə vurmağı nəzərdə tutur. Xoşniyyətli adamlar bu ifadəni məhz bu cür başa düşür”.
G.Aslanlı bildirib ki, Müsavat Partiyası heç vaxt Rüstəm İbrahimbəyovun Bakıya gəlməsini şərt kimi irəli sürməyib, bu baxımdan onun səsləndirdiyi bu fikirlər heç bir halda Müsavat Partiyasına və ya onun hansısa funksionerinə aid edilə bilməz: “Mən bundan əminəm. İstəsəniz, Rüstəm müəllimin özündən də soruşa bilərsiniz. Əminəm ki, o da bu ifadələrinin Müsavat Partiyasının hər hansı üzvünə aid olmağını deyəcək”.