vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
XADİM  
10:16 | 30 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 5587 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qanadsız dəvə...

...Və ya bir müxalifətçidən bir jurnalistə «demokratiya dərsi...»

Roya RƏFİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Həmişə mənə maraqlı gəlib iqtidar düşərgəsindən gedənlərin (əksər hallarda atılanların, qovulanların, istifadə müddəti bitənlərin) müxalifət düşərgəsində sevgi ilə qarşılanması... Müxalifət düşərgəsini tərk edənlərə söyüşün birini bir qəpikdən istifadə edən həmin çevrə nədənsə iqtidardan dışlananlara qucaq açmaqda, sevməkdə, yuxarı başa keçirməkdə maraqlıdır. Sanki qiymətlidir onlar- bir zamanlar iqtidarda olduqları üçün. Elələrinin müxalifət çevrəsinə qarşı dedikləri dərhal, hətta işıq sürəti ilə unudulur və yeni bir kimlik yazılır həmin adama- azadlıq fədaisi kimi bir şey...

On dörd ildir mətbuatdayam və ölkədə baş verənləri siyasətə qoşulmayan vətəndaşdan yaxın izləyirəm. Ancaq hələ də bir suala cavab tapmamışam ki, nə səbəbdən hakimiyyətdə istifadəyə yararsız hesab olunanlar müxalifət tərəfindən qucaqlanır?

Son qarşılaşdığım bir faktı misal çəkəcəm. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli indiki qurumda da, Milli Məclisdə də aktiv siyasətçi olub, danışıb, danışıb, olduğu tərəfin maraqlarını müdafiə edib, arqumentləşdirib, qarşı tərəfə də söz atmağı, aşağılamağı da unutmayıb. Məsələn, o, parlamentdən çıxış edərək müxalifəti terrorçuları, casusları siyasi məhbus kimi təqdim ittiham edirdi. Bildirirdi ki, müxalifət partiyaları uzun illər heç bir siyasi uğur əldə edə bilməyiblər, öz elektoratlarını məyus ediblər. Xanım hətta minlərə xitam edərək bildirirdi ki, müxalifət partiyaları siyasi mədəniyyətin inkişafına əngəldirlər. Onun «Ey İlhamsevərlər!»,- xitabı da yadımdadır, «prezidentlik iddiasında olan müxalifətə» ironiya ilə yanaşırdı, onları bacarıqsızlıqda ittiham edirdi. Daim «iqtidarın Azərbaycan naminə, ölkənin işıqlı gələcəyi naminə həyata keçirdiyi möhtəşəm əməli fəaliyyət»dən danışırdı. Bu cümləni yazanda belə adam xəcalət çəkir. Müxalifəti «Azərbaycan adlı gəminin sükanı arxasında təsəvvür belə etməkdən» qorxduğunu vurğulayırdı, iqtidarın yolunu «nurlu yol» adlandırırdı, indi bataqlıq hesab edir...

Həmin siyasətçi «Kanal 13»də apardığım «Onun baxış bucağı» verilişinin növbəti qonağı oldu və çıxışı boyu siyasi məhbuslardan, onların çətinliklərindən, saylarının çoxluğundan, iqtidarın siyasi məhbuslara qarşı aqressiv davranışından danışdı, hakimiyyəti dayanmadan tənqid etdi. Mən də yerində olan bir sual verdim, Gültəkin Hacibəyli üçün nə dəyişdi ki, hakimiyyətin aktiv təbliğatçısı müxalifətin ən böyük birliyində təmsil olunmağı qərara aldı? Əvvəlcə suala etiraz oldu. Müxalifət düşərgəsində olub, özlərini demokrat hesab edənlərin diktatorluq hissi bir başqa olur. Xanım verilişdən əvvəl özü və Milli Şuranın heç nəyə yaramayan sədri Rüstəm İbrahimbəyov barəsində sualları çıxartdıraraq, demişdi ki, bu sualları vermə, versən də, cavablandırmayıb, deyəcəm ki, cəmiyyətə bizim mübarizəmiz maraqlıdır-filan... Hə, mən o xanımın Milli Şura yaranan ərəfədə müxalifət partiyalarından biri olan KXCP-nin qərargahında, kiçik bir otaqda saatlarla davam edən müzakirələrdə dayanmadan «Ya Rüstəm İbrahimbəyov, ya da yenə Rüstəm İbrahimbəyov»,- dediyini də xatırlayıram və suallardan biri onunla bağlı idi: «Müxalifətə indiyədək bir xeyri dəyməyən insanı Milli Şurada saxlamaq nəyə lazımdır sizcə?». 

Mən verilişdə ancaq o müxalifətçi xanımın istəyinə uyğun suallar verməli idim, istəmədiyi bir sual onu xeyli qəzəbləndirdi. Sualı hikkə ilə cavabladı, verilişi birtəhər yekunlaşdırdıq və xanım verilişdən həmin sual-cavabın çıxarılmasını tələb etdi. Üstəlik, məni qərəzli olmaqda ittiham etdi və gedib sosial şəbəkədə bununla bağlı status yazacağı ilə də hədələdi. Məlum, hələ hakimiyyətdə deyil ki, hansısa qorxu nazirliyinə çağırtdırmaqla hədələsin. Siyasətçi xanım hətta mənə bildirdi ki, bu məsələni Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında müzakirəyə çıxaracaq və heç kim mənim verilişimə gəlməyəcək. Bu da bunların demokratiya anlayışı. Nəticədə veriliş çəkiləndən bir neçə gün sonra həmin hissə kəsilərək internetə yerləşdirildi. Bu da bir müxalifətçinin bir jurnalistə keçdiyi «demokratiya dərsi»...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)