vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
17:13 | 3 aprel 2015 | Cümə Məqaləyə 2756 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əziyyət çəkirəm»

Rüstəm İbrahimbəyov ağır xəstəliyinə tutulub

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

«Çoxdandır ki, Azərbaycana gəlmək fikrim var. Amma hələlik imkanım yoxdur. Burda o qədər iş var ki!». Bu sözləri Modern.az saytına Milli Şuranın fəxri sədri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov deyib.

O, Bakıya gələ bilməməsinin səbəbini belə açıqlayıb.

«Bir ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Xırdalığına gedib hansı orqanımda xərçəng olduğunu demək istəmirəm. Həm Amerikada, həm də burda müalicə olunuram. Ona görə də Bakıya gəlmək arzum reallaşmır».

Azərbaycandakı siyasi prosesləri izlədiyini deyən İbrahimbəyov tez-tez əlaqə saxladığı şəxsin adını da açıqlayıb.

«Azərbaycandakı siyasi prosesləri də izləyirəm. Aprelin 5-də Milli Şuranın mitinqi keçiriləcək. Mənə elə gəlir ki, «Talana son!» mitinqi çox əla mitinq olacaq. Bakıda olsaydım, mütləq ayın 5-də keçiriləcək mitinqdə iştirak edərdim. Milli Şuranın sədri Cəmil Həsənli ilə tez-tez əlaqə saxlayıram».

«Bu il keçiriləcək parlament seçkilərinə qatılmaq fikriniz varmı» sualına İbrahimbəyov belə cavab verib.

«Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmaq fikrim yoxdur. Amma mənə elə gəlir ki, bu seçkilərdə iştirak etmək lazımdır. Bəlkə, budəfəki seçkilərdə saxtalaşmanın səviyyəsi az oldu. Mənə elə gəlir ki, demokratik qüvvələr bu seçkilərə qarışsa, seçkilərə bir xeyri olar və ölkədə mühit də dəyişər».

Kinorejissor yaradıcılığından da danışıb.

«Burda film çəkilişləri də məşğul oluram. Fransa, Gürcüstan, Rusiya və İspaniya kino xadimləri ilə birgə film çəkirik. Ay yarımdan sonra bu filmi bitirəcəm. Sonuncu çəkdiyim film tamaşaçılar tərəfindən böyük sevgiylə qarşılanıb. Bu yaxınlarda həmin filmin premyerası oldu. Çox yaxşı alınıb. Bu yaşımda belə, teatrda çox aktiv işləyirəm».

Qeyd edək ki, tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun bir müddət öncə siyasi proseslərdə adı daha çox hallanırdı.