vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
OLAY  
11:47 | 5 iyul 2014 | Şənbə Məqaləyə 1975 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DİN dindarların davasını araşdırır

Sabirabaddakı saqqalkəsməyə Ehsan Zahidovdan münasibət

MÖVZU İLƏ ƏLAQƏLİ

DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov dünən Sabirabad şəhərində bir nəfərin saqqalının kənar şəxslər tərəfindən qırxılması barədə bəzi xəbər portallarında getmiş xəbərə aydınlıq gətirib.


Vaxt.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, rəis müavini bildirib ki, iyunun 4-də Sabirabad şəhər mərkəzi bazarının yaxınlığında Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin qeyri-ənənəvi dini təriqətlərdən birinin təbliğatını aparması ətrafdakı vətəndaşların etirazına səbəb olub. Bu zəmində şəhər sakini Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında əlbəyaxa davaya keçən münaqişə baş verib. Rəmzi Cavanşirin saqqalından tutaraq ondan insanların etirazına səbəb olan söhbətinə son qoymasını və dərhal ərazini tərk etməsini tələb edib.

Bu barədə məlumat alan polis əməkdaşları dərhal hadisə yerinə gələrək hər iki şəxsi saxlayaraq Rayon Polis Şöbəsinə gətiriblər. Onların ərizə və izahatları alınıb, baş vermiş hadisə ilə bağlı təhqiqata başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək.