

Nazir İman Kərimov prosesdə iştirak etdi
“Ağ qızıl”ın hər kiloqramına 60 qəpik və əlavə …
Pambıqçıların zəhərlənməsinə görə ...
Ekspert səbəbləri göstərdi: “Təhlükəsizlik qaydalarına riayət edilmir”
Pambıq tarlalarının sifarişçisi - “Aqrarkredit” şirkətindən açıqlama: “Nəticələri gözləyirik”
Məşhur pambıqçı zəhərlənmələrdən heyrətə gəlib
Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24-ə çatdı: 8-i uşaqdır
Nazir İman Kərimov məmuru işdən çıxarıldı
Zəhərlənmə ilə əlaqədar 111 şəxs xəstəxanaya müraciət edib
Azərbaycanlı pambıqçıları Vyetnam partizanları kimi zəhərlədilər
14 pambıqçının xəstəxanalıq olmasının səbəbi bilinmir
Bu dəfə Tərtərdə 14 nəfər zəhərləndi
Saatlıda 24 nəfərin zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb
Məhsul yığımı dekabra qədər uzana bilər
Prezidentin verdiyi müddət dekabrın 15-də bitir; pambıq yığımında bir neçə rayon geridə qalıb
Əsgərimiz Cabbar Zeynalov sabah Saatlıda torpağa tapşırılacaq
Baş Prokurorluq Saatlıdakı zəhərlənmə ilə bağlı məlumat yayıb. Məlumata görə, 10 iyunda saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakinləri “Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı Mərkəzi rayon Xəstəxanasına daxil olub.
Baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülmüş, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.
Zəhərlənən 24 nəfərdən 2-nə ilkin tibbi yardım göstərilərək evə buraxılmış, 4-nün vəziyyəti ağır olduğundan təcili olaraq Bakı şəhərinə gətirilərək Toksikologiya Mərkəzinə yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədi ilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verilib.
Görülmüş işlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.