vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
11:08 | 6 iyul 2014 | Bazar Məqaləyə 1412 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir arvadı Londonda 3,3 milyon uduzdu

Britaniya baş nazirinin köməkçisi həbs edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Omanda siyasi böhran yaşanır. Səbəb isə bu ölkənin xarici işlər nazirinin xanımının pulları yelə verməsidir. Omanın xarici işlər naziri Seyyid Bədr bin Həmad bin Həmud əl Busaydinin xanımı- 50 yaşlı Nora əl Daer Londondakı superlüks «The Ritz» otelinin kazinosunda 3,38 milyon dolları qumarda uduzub. Bu barədə «Daily Mail» yazıb.


Nazir xanımı oteldəki «Punto Banco» kazinosunda cəmi bir neçə saatın ərzində bu məbləği krupyenin masasında qoyub çıxıb.

Omandakı mənbələrin dediklərinə görə, olayla bağlı araşdırmalar başlanıb. 1999-cu ildə ölkənin XİN başçısı ilə ailə qurmuş Nora əl Daerin qumar düşkünü olduğu vurğulanır.

Nora əl Daer indi «The Ritz» otelini məhkəməyə verib və «Punto Banco»dakı krupyelərin onu aldatdıqlarını, vəziyyətindən sui-istifadə etdiklərini deyib.

Maskat şəhərində yaşayan nazir xanımının sözlərinə görə, kazinonun əməkdaşları onun «qumardan asılılığından məharətlə sui-istifadə ediblər».

Nora əl Daerin şikayət ərizəsi əsasında London Ali Məhkəməsində proses başlanıb.

«Həmin axşam mənə «dayan, bəsdir!» deyəcək, məni qumar masasından ayıracaq adama ehtiyacım vardı. Lakin belə adam yoxdu və kazinonun əməkdaşları da qumardan asılılığımdan sui-istifadə etdilər. Pullarımı geri tələb edirəm» - Nora əl Daerin iddia ərizəsində deyilir (milli.az).


***


Britaniya hökumətində yaranan skandalın yuxarıdakı xəbərə heç bir aidiyyəti yoxdur. Qayıdaq xəbərə, Britaniya baş nazirinin mətbuat xidmətinin keçmiş rəhbəri 18 aylıq həbs cəzasına məhkum edildi.

Xəbərə görə, Böyük Britaniyanın baş naziri Devid Kemeronun mətbuat xidmətinin keçmiş rəhbəri Andri Kaulson 18 aylıq həbs qərarını Londonun Old Bailey məhkəməsi qəbul edib.

O, telefon danışıqlarını dinləməkdə və 8 ay boyunca bəzi şəxslərin hesablarını izləməkdə ittiham edilir. Andri Kaulson 2003-2007-ci illərdə «The World» qəzetinin xəbər redaktoru olub (axar.az).