Erməni mayoru məhv edilib
Əsgərlərimiz atışma zamanı düşmən zabitini öldürüb, başqa bir şəxsi yaralayıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılara dəstək daralır
Erməni deputatlar Qarabağa buraxılmadı: nə baş verir?
-
Ohanyan Sərkisyanı satıb?
Hadisələr həbsə doğru gedir ...
-
«O, şansını əldən buraxdı...»
General Xaçaturova məktub: «Bəxtin gətirdi ki, Ohanyan səni öz əliylə güllələmədi...»
-
Sərkisyan son örtüyünü də saldı
Ermənistan rusiyayönümlü erməni milyarderlərə tapşırılır
-
Ohanyan tək qaldı
«Üç «O»» bloku dağıldı, Oskanyan və Ovanisyan siyasətdən getdi
-
Ohanyanla Ter-Petrosyanın şansı qalmayıb
Exit-poll: Sərkisyan və Tsarukyan parlamenti öz aralarında bölüşdürür
-
Ohanyan həbs oluna bilər
Ermənistan ordusundakı kütləvi yanacaq oğurluğu etiraf olundu
-
Sərkisyanın qorxulu rəqibi
«Ədalətsizliyə, qanunsuzluğa «bəsdir» deməliyik!»
-
Ermənistanda repressiya ab-havası
Bakı üçün unikal şans... aprelin 2-dən sonra İrəvanda qarışıqlıq yaşanacağı realdır
-
İş başına milyarderlər keçir
Rusiya Ermənistanı yeni əllərə - oliqarxlara təhvil verir; «gedin ordakıları dolandırın, məni narahat etməyin»
-
«Sonadək...»
Seyran Ohanyan hakimiyyəti hədələdi
-
Karapetyan anlayır ki, ...
Bakının seçki öncəsi Ermənistana mesajı nə olmalıdır?
-
General «İqla» raketi ilə kimi vurmaq istəyirdi?
Samvel Babayanın həbsinin dumanlı məqamları
-
«Biz atmağa başlasaq onların meyitlərini tapacaqlar...»
Keçmiş «müdafiə naziri»i hakimiyyəti hədələdi
-
Ohanyana atəş açdılar
Ermənistanda polis nazirinin müavininin qardaşı döyüldü
-
Ohanyanın arzusu
«Ermənistana Saakaşvili kimi prezident lazımdır»
İyulun 11-də axşam saatlarında Ermənistan-Azərbaycan təmas xəttində daha bir erməni hərbçisi məhv edilib. Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı «Novosti Armenii» agentliyinə açıqlamasında Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsryun Ovannisyan verib.
Artsryun Ovannisyanın sözlərinə görə, bu gün Yexeqnadzor şəhərində keçirilən hərbi paradda müdafiə naziri Seyran Ohanyan deyib ki, erməni zabiti azərbaycanlı hərbçilər tərəfindən öldürülüb. Nazir bundan başqa atışma zamanı bir azərbaycanlı kəşfiyyatçının öldürüldüyünü və Ermənistan tərəfdən isə daha bir nəfərin yaralandığını deyib. Bildirib ki, yaralı İrəvandakı hospitala aparılıb. Lakin ölən və yaralanan ermənilərin adları açıqlanmayıb.
Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri atışmanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyərək bildirib ki, bu haqda sonra daha müfəssəl məlumat yayacaqlar.
Bu gün günorta saatlarında isə məhv edilən erməni zabitinin və atışma zamanı yaralanan şəxsin adlarını açıqlayıb.
Ermənistan mətbuatının verdiyi məlumata görə, öldürülən erməni zabiti mayor Sərkis Abramyan, yaralanan şəxs isə 1977-ci il təvəllüdlü Karina Davtyandır. Mayorun 42 yaşında olduğu da bildirilir.