vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:18 | 14 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2128 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkmənistan «yeni SSRİ»dən imtina etdi

«Biz ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Türkmənistan Rusiyanı özünün strateji partnyoru hesab edir. Amma bizim ölkə Avrasiya İttifaqına girməkdə maraqlı deyil». Modern.az rus KİV-nə istinadən xəbər verir ki, bunu Türkmənistanın Rusiyadakı səfiri Berdımurat Rəcəbov ölkəsinin Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsini şərh edərkən deyib.

O bildirib ki, Türkmənistan prezidenti Qurbanqulu Bedriməhəmmədov rəsmi Aşqabadın xarici ölkələrdəki səfirlərlə görüşündə Avrasiya İttifaqı ilə bağlı məsələlərdən söz açıb. Səfirin sözlərinə görə, Türkmənistan dövlət başçısı Rusiyanı strateji partnyor hesab edir. «Prezident bizimlə keçirdiyi müşavirədə Rusiya ilə əməkdaşlığın strateji xarakter daşıdığını bəyan etdi. Bu gün siyasi planda Türkmənistan və Rusiya BMT-də bir-birini dəstəkləyir. Avrasiya İttifaqı məsələsində isə Türkmənistan bitərəf xarici siyasətinə uyğun hərkət edəcək. Biz ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq. Lakin Avrasiya İttifaqına üzvlük bizim gündəliyimizə daxil deyil»,-deyə türkmən səfir bildirib.

Qeyd edək ki, may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sənədi imzalayıblar. Bəzi siyasi şərhçilərin «Yeni SSRİ» kimi xarakterizə etdiyi Avrasiya Birliyinin 2015-ci ilin ilk aylarından fəaliyyətə başlayacağı gözlənilir.