vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
10:08 | 15 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 2671 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ən azı heç-heçə»

«Qarabağ»ın baş məşqçi Qurban Qurbanov mətbuata açıqlama verib

MÖVZU İLƏ ƏLAQƏLİ

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Maltanın «Valletta» klubu ilə qarşılaşacaq «Qarabağ»ın baş məşqçi Qurban Qurbanov mətbuata açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Q. Qurbanov oyun öncəsi son məşqindən sonra rəqib haqqında analizlərindən danışıb. O bildirib ki, «Valletta»nın təcrübəli futbolçulardan təşkil edildiyini deyib: »Rəqibimiz ötən mövsümün sonundan etibarən heyətində xeyli dəyişiklər edib. Yaxşı oyunçular cəlb ediblər komandaya, yerli və gənc məşqçi vəzifəyə gəlib. Klubun prezidenti özü açıqlama verib ki, daha yaxşı komanda təşkil etmək istəyir. Gördüyü işlər, elədikləri transferlər də bu istəyi əks etdirir. Yeni transfer olunan oyunçular, Malta milli komandasından, Avstraliyadan, Portuqaliyadan, Yunanıstan liqasından transfer olunan futbolçulardır. Hər biri keyfiyyətli futbolçulardır. Keçən il Avropa liqasında yaxşı təcrübə qazanmış bir komandadır».

Qurban Qurbanov rəqibin güclü komanda olduğunu söyləyib. Baş məşqçi «Valletta»nın yeni baş məşqçilərinə diqqət çəkib: «Kimlərsə fikirləşə bilər ki, bizim üçün asan rəqibdir, lakin düşünürəm ki, bu səhv fikirdir. Çünki, rəqibimizin çox təcrübəli, nəticəyə oynaya biləcək futbolçuları çoxdur. Xüsusi ilə orta xətti vurğulamaq istəyirəm. Eyni zamanda, baş məşqçilərinin də yeni olmasını nəzərə alıb, ilk dəqiqələrdən rəqibin oyun üslubunu çözməyə və qapımızı toxunulmaz saxlamağa çalışacağıq. Və ardınca da çalışacağıq ki, oyunun kontrolunu ələ alaq».

«Qarabağ»ın baş məşqçi oyunun nəticəsi barəsində ünvanlanan sualı da cavabsız qoymayıb. Qurban Qurbanov «minimal hesablı qələbə və ya bərabərlik hesab edirəm ki, pis nəticə olmaz», - deyə bildirib.