IDEA-nın təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası
13 kəsilən ağacın yerinə 20 ədəd yenisi əkildi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
5.6 milyard insana təsir edəcək
“Balanslar dəyişir, ekstremal təbiət hadisələri artır”
-
Daha çox karbon udur
Genetiki dəyişdirilmiş “super ağac” tikinti materiallarına nisbətən daha davamlı və sərfəli alternativdir
-
Ağacların daha bir həyatı əhəmiyyəti
Meşələrin qlobal istiləşməyə qarşı daha bir mühüm töhfəsi aşkar edilib
-
«Hər bir insan ağac əkməli, ...»
Prezident və ailə üzvləri Heydər Əliyevin doğum gününü onun ideyasını reallaşdırmaqla yad etdilər
-
14 min manata İran xurması
Oliqarxlar «kasıblayıb», Bakıda bahalı ağacları alan yoxdur…
-
Ağacları sulfat turşusuyla məhv edirlər
Bakıda 9 şam, 1 qarağat ağacının dibinə sulfat turşusu töküldüyü müəyyən edilib
-
Xətaililər ayağa qalxdı
Yaşıllığın məhv edilməsi sakinləri hiddətləndirdi
-
Prezidentin vicdansızlıq dediyi işlər olur
Binəqədi İcra Hakimiyyətindən xəbərsiz ...
-
Gənc(əli)lərdən İDEA-ya dəstək
«Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et»
-
«Təbiətə təcili yardım»
Azərbaycanda yeni qaynar xətt və mobil xidmət yaradıldı
-
Nazirlik cinayət işi açdı
Ağacların kəsilməsi ilə bağlı cinayət işi açıldı
-
Xeyirxah İDE(Y)A
«Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et»
-
«Qurtuluşdan İpək yoluna» ağacəkmə kampaniyası
YAP fəalları İpək yolu ətrafında yaşıllıq salır
-
Bu gün IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə «Ağacların kəsilməsinə yox» proqramı çərçivəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.
Modern.az xəbər verir ki, Aksiyanın keçirilmə səbəbi 4 iyul 2014-cü il tarixində IDEA İctimai Birliyinin «Təbiətin təcili yardımı» mobil qrupu tərəfindən Ağa Nemətulla küçəsi 67 ünvanında 13 ədəd ağacın kəsilməsi faktının qeydə alınması olub. (http://ideacampaign.org/az/anket_33.html).
Ağacəkmə aksiya zamanı ümumi sayı 20 olan sərv, şərq çinarı və tut ağacı əkilib.
Bu cür aksiyaların keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Qeyd edək ki, «Ağacların kəsilməsinə yox» proqramı Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilir. Proqram Azərbaycanda, xüsusilə Bakı şəhərində qeyri-qanuni ağac kəsilməsi hallarının qarşısının alınmasını nəzərdə tutur. Bu məqsədlə «Təbiətə təcili yardım» qaynar xətti (1113) və mobil qrupu yaradılıb.