«Təbiətə təcili yardım»
Azərbaycanda yeni qaynar xətt və mobil xidmət yaradıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Azərbaycan xalçası-ilmələrin rəqsi”
Yeni xalı kolleksiyası təqdim olunub
-
Kürdəxanılılar arzusuna çatdı
“Yeniləşən Azərbaycana - yeni məktəb” davam edir
-
“Zamanında...” – bu dəfə Bakıda
Rus avanqard rəssamlarının əsərlərinin sərgisi
-
Qışın ən böyük festivalı
“Zima”ya iki gün qaldı...
-
Şeir, incəsənət və mənəviyyat
Azərbaycanda ilk dəfə Nəsimi Festivalı keçiriləcək
-
“Heç yerdə görməmişəm”
Ahəngi adamı Bakının keçmişinə aparan möcüzəli məkan
-
Məşhur yazıçının qızına vəzifə verildi
Günel Rzayeva yeni açılan mərkəzin direktoru oldu
-
Fonddan Qardabaniyə hədiyyə
-
Parisdə “Bakı Prosesi”nin 10 illik yubileyi
“Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi konkret layihələr Azərbaycanın avanqard qabiliyyətini əks etdirir”
-
Təbiət və dəbin vəhdəti
Heydər Əliyev Mərkəzində “Moda məkanı” sərgisi
-
Leyla Əliyeva uşaq festivalında
Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm bayram keçirilib
-
Moskvada «Xocalıya ədalət!» istənildi
Polad Bülbüloğlu: «İnsanları azərbaycanlı olduqlarına görə öldürüblər...»
-
İDEA-dan ideal aksiya
Leyla Əliyeva «Xocalıya ədalət!» kampaniyası çərçivəsində ağacəkmə tədbirində iştirak edib
-
«Badam ağacı çiçəkləyəndə»
Leyla Əliyeva Xocalı faciəsinin ildönümü ilə bağlı tamaşanın təqdimatında iştirak edib
-
Balacalara nağıl kimi bayram
Heydər Əliyev Fondu uşaqlar üçün təşkil etdiyi ənənəvi şənlikdə Birinci vitse-prezident Mehriban Əliyeva təbrik nitqi söylədi
-
«İradənlə tarix yaz»
Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Gəncə Marafonu - 2017» keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi aktual ekoloji problemlərin həlli və əhali arasında ictimai-ekoloji nəzarətin gücləndirilməsi məqsədilə «Ağacların kəsilməsinə yox!» proqramının həyata keçirilməsinə başlayır.
İctimai Birlikdən «Trend»ə daxil olan məlumata görə, proqram çərçivəsində «Təbiətə təcili yardım» qaynar xətti və mobil qrupu yaradılacaq. Belə ki, vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda qaynar xətt vasitəsi ilə şikayət və təkliflərini IDEA İB-yə çatdıra biləcəklər. Mobil qrup isə daxil olan şikayətləri yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və videomaterialları toplayacaq.
Bundan əlavə, vətəndaşlar qanunsuz ağac kəsimi ilə bağlı müraciətlərini IDEA İctimai Birliyinin rəsmi internet səhifəsinə (www.ideacampaign.org) daxil olmaqla da ünvanlamaq imkanı əldə edəcəklər. Problemi daha dəqiq işıqlandırmaq üçün ağac kəsilən ərazinin fotolarını da veb-səhifəyə yükləmək mümkün olacaq. Şikayət və təkliflər IDEA İB-nin əməkdaşları tərəfindən yerində araşdırıldıqdan sonra toplanmış sübut və materiallar hadisə ilə bağlı qərar verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək. Qeyd edək ki, IDEA göndərilən müraciətlərdə öz əksini tapan problemlərin həlli prosesini izləyəcək.
Xatırladaq ki, IDEA İctimai Birliyi fəaliyyət göstərdiyi 3 il müddətində insanların, xüsusilə gənc nəslin ekoloji cəhətdən maariflənməsində böyük rol oynayıb, ölkəmizdə təbii mühitin sağlamlaşdırılmasına təkan verilməsi üçün iri və kiçik miqyaslı ekoloji layihələr həyata keçirib. Bu tədbirlər arasında kütləvi ağacəkmə aksiyaları xüsusi yer tutur. Aksiyalar zamanı bu günədək 3 milyon 472 mindən çox ağac əkilib.